Sərxoş sürücünün ölümü ilə bağlı cinayət işi başlandı

Balakəndə sərxoş sürücünün ölümü ilə bağlı cinayət işi başlanıb.

Trend-in məlumatına görə, hadisə rayonun Tülü kəndi ərazisində baş verib.

Balakən rayonu, Qazma kənd sakini, 1994-cü il təvəllüdlü Hacıyev Eltun Azad oğlu idarə etdiyi, dövlət qeydiyyat nişanı olmayan "UAZ-33 03" markalı avtomobillə Balakən-Tülükənd yolunda yüksək sürətlə hərəkətdə olarkən idarəetməni itirərək yolun kənarındakı telefon dirəyinə dəyib.

Nəticədə sürücü hadisə yerində ölüb, sərnişin olan qardaşı, 1997-ci il təvəllüdlü Məftun Hacıyev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Balakən Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Balakən Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263-1.3-cü (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma) maddəsilə cinayət işi başlanıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar