"Mançester Yunayted"dən növbəti qələbə

"Mançester Yunayted" İngiltərə Premyer Liqasında növbəti oyuna çıxıb.

Qol.az-ın məlumatına görə, Mançester təmsilçisi 26-cı turda səfərdə "Fulhem"lə qarşılaşıb və 3:0 hesabı ilə qalib gəlib.

"Fulhem" - "Mançester Yunayted" - 0:3

Qollar: Poqba, 14, Martial, 23, Poqba, 65-pen

Bu qələbə ilə xalını 51-ə çatdıran Ole-Qunnar Sulşerin komandası turnir cədvəlində 4-cü pilləyə yüksəlib. Komanda norveçli mütəxəssisin rəhbərliyi altında 9 liqa matçında 8 qələbə qazanıb, 1 heç-heçə edib.

Qeyd edək ki, "Mançester Siti" (26 oyun) və "Liverpul" (25 oyun) hərəyə 62 xalla 1-2-ci pillələri bölüşdürür. "Tottenhem" 57 xalla 3-cüdür.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar