Fransada etiraz aksiyalarında 51 mindən çox şəxs iştirak edib - VİDEO

Fransada "sarı jiletlilər"in 13-cü ümumilli etiraz günü keçirilən nümayişlərdə 51,4 mindən çox adam iştirak edib.

"Report"un Fransa bürosu xəbər verir ki, bu barədə Fransa Daxili İşlər Nazirliyinin şənbə günü yaydığı yekun məlumatda bildirilir.

Qeyd olunur ki, Parisdə nümayişçilərin sayı 4 min nəfər təşkil edib.

Bu rəqəm ötən şənbə günü ilə müqayisədə azdır. Ötən həftə "sarı jiletlilər"in aksiyasında ölkə üzrə 58,6 min nəfər iştirak etmişdi.

Paris prokurorluğunun məlumatına görə, şəhərdə polis və jandarmeriya əməkdaşları tərəfindən 36 nəfər saxlanılıb. Onlardan 21-i həbs edilib. Polis etirazçılara qarşı gözyaşardıcı qaz tətbiq etmək məcburiyyətində qalıb.

Hazırda bir neçə yüz nümayişçi paytaxt küçələrində qalmaqdadır, lakin onlar ilə polis arasında toqquşmalar səngiyib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar