Afrika ölkələri Sülh Paktı imzaladılar

Efiopiyanın paytaxtı Əddis-Əbəbədə keçirilən Afrika İttifaqı Komissiyasının sammiti çərçivəsində Efiopiya və Eritreya, Cənubi Sudan və Mərkəzi Afrika Respublikası arasında Sülh Paktı imzalanıb. Toplantıda bildirilib ki, Konqo Demokratik Respublikası ilə Madaqaskar arasında analoji sənədin üzərində də iş aparılır.

BBC telekanalı xəbər verir ki, bunu sammitin yekunlarına dair keçirilən mətbuat konfransında Afrika İttifaqı Komissiyasının sədri Musa Faki Mahamat bəyan edib.

Komissiyanın sədri deyib: “Afrikada ciddi dəyişikliklər gözlənilir. Uzun illərdir münaqişədən əziyyət çəkən ölkələr arasında sülhə dair razılaşmaların əldə edilməsi qitədə əməkdaşlığın bərqərar olmasına şərait yaradacaq”.

Afrika ölkələri arasında sülh razılaşmaları ilə əlaqədar BMT-nin baş katibi Antonio Quterreş də bəyanatla çıxış edib. “Afrikada dəyişikliklər küləkləri əsir” deyən baş katib əlavə edib ki, bu qitədə sülhün və sabitliyin bərqərar olması və 2020-ci ilədək silahların “susması” onun rəhbərlik etdiyi təşkilatın qlobal əməkdaşlıq hədəflərinin bir hissəsidir. “Afrika İttifaqı ilə BMT arasında əməkdaşlıq davam edəcək. Strateji əhəmiyyət daşıyan bu əlaqələr təşkilatımızın fəaliyyətinin fundamental fəaliyyət istiqamətlərindən biridir”, -deyə Quterreş əlavə edib.

AzərTAc xatırladır ki, Afrika İttifaqı Komissiyasının sammitində qitə ölkələrinin liderləri 2019-cu ilin qaçqınlar və məcburi köçkünləri ili elan edilməsi barədə qərar qəbul ediblər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar