Əlcəzair sahillərində miqrant daşıyan gəmi batıb

Aralıq dənizinin Əlcəzair sahillərində miqrantları daşıyan kiçik gəmi batıb.

Trend-in yerli KİV-lərə istinadla verdiyi məlumata əsasən, hadisə ölkənin Oran şəhəri yaxınlığında baş verib, ən azı 2 nəfər ölüb.

Gəmidə 18 qeyri-leqal miqrant olub. Onlardan 13-ü xilas edilib. 11 nəfərin əcnəbi, iki nəfərin isə Əlcəzair vətəndaşı olduğu bildirilir. Üç nəfər hələlik itkin düşmüş hesab edilir. Onların axtarışları aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar