ABŞ təyyarələrinin Suriya üzərindən uçması qadağan olundu

ABŞ aviasiya administrasiyası Amerika təyyarələrinin Suriya ərazisindən uçmasını qadağan edib.

Administrasiya bildirib ki, Suriyada davam edən silahlı münaqişə mülki aviasiya üçün «potensial hədə» yaradır. Vaşinqtonda hesab edirlər ki, «ekstremist qruplarda» hava hədəflərinə atəş açmaq üçün vasitələr var.

Öncə Federal Aviasiya Administrasiyası bütün Amerika aviaşirkətlərinə tövsiyə edib ki, Suriyanın hava məkanından istifadə etməsinlər.

ABŞ-da İraqın hava məkanıyla bağlı qadağa da mövcuddur.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar