Rusiyanın Türkiyədəki səfiri sabiq diplomat Karlovun qətli işindən danışıb

Dərc olunub: 10/02/2019 - 13:00

0c8e7106-68a8-41c6-aa1b-44d7c57c16bdRusiya Federasiyasının hüquq-mühafizə orqanları bu ölkənin Türkiyədəki sabiq səfiri, mərhum diplomat Andrey Karlovun qətli işi ilə bağlı türk həmkarları ilə sıx əlaqədədirlər.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Türkiyədəki səfiri Aleksey Yerxov bildirib.
“Rusiya hüquq-mühafizə orqanları bu iş üzrə türk həmkarları ilə ən sıx qarşılıqlı təsirlərdədir. İttihamnamə bizə təqdim olunub. Bu, çox həcmli sənəddir – türk dilində bir neçə yüz səhifədir, hansı ki, Rusiyanın səlahiyyətli orqanları tərəfindən diqqətlə araşdırılır. Məhkəmə yenicə başlayıb, ən birinci prosessual prosedurları keçib, iş ağırdır, xeyli sayda müttəhim cəlb edilib”, – deyə səfir müsahibəsində bildirib.
O, güman edir ki, məhkəmə prosesi azı bir neçə ay davam edəcək. “Buna hazır olmaq lazımdır, biz onun gedişini izləyəcəyik”, – deyə səfir əlavə edib.
Karlovun qətli işi üzrə məhkəmə yanvarın 8-də başlayıb. İşə Ankaranın Xüsusi Ağır cinayətlər üzrə İkinci Məhkəməsində baxılır.








loading...


Fikrinizi bildirin