Tərtərdə oğurluqla məşğul olan şəxslər saxlanılıb

Tərtər rayon polisinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində mənzildən və qəbirstanlıqdan oğurluq edən rayon sakinləri tutulub.Tərtər Rayon Polis Şöbəsinin (RPŞ) təhqiqatcisi İsmayıl İsmayılovun "Report"un Qarabağ bürosuna verdiyi məlumata görə, rayon sakini Nəcəf İbrahimov polis şöbəsinə müraciət edərək, evindən oğurluq edilməsi barədə məlumat verib.

Hadisə əlaqədar Tərtər RPŞ-də əməliyyat qrupu yaradılıb, hadisə yerinə baxış keçirilib. Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayon sakini Elnur Qurbanov saxlanılıb.

Bundan başqa, Tərtər RPŞ-in əməkdaşları tərəfindən daha bir əməliyyat tədbiri keçirilib. Belə ki, Sarov kəndindəki qəbiristanlıqdan alüminiumdan düzəldilmiş bəzək əşyalarını oğurlamaqda şübhəli bilinən kənd sakini Kamandar Süleymanlı saxlanılıb.

Şübhəli şəxslər dindirilmə zamanı törətdikləri oğurluq əməllərini etiraf ediblər. Hər iki faktla bağla araşdırmalar davam etdirilir.

Ötən ayın sonunda da Tərtərdə oğurluq edən şəxslər saxlanılıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar