Rusiya və Qırğızıstan prezidentlərinin görüşü keçirilib

Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov Rusiyanın dövlət başçısı Vladimir Putinin dəvəti ilə Soçi şəhərində işgüzar səfərdə olub.

Qırğızıstan Prezidentinin mətbuat xidməti xəbər verir ki, Vladimir Putinin Sooronbay Jeenbekovla görüşündə ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində geniş fikir mübadiləsi aparılıb. Həmçinin bu ilin martında Vladimir Putinin Qırğızıstana nəzərdə tutulan səfəri zamanı müzakirə ediləcək məsələlər diqqətdən keçirilib.

Vladimir Putin bildirib ki, səfər müddətində Qırğızıstanla iqtisadi sahədə əlaqələrin daha da inkişafı, gömrük məkanının möhkəmləndirilməsi, miqrasiya siyasəti və digər məsələlərlə bağlı danışıqlar aparılacaq.

Sooronbay Jeenbekov də öz növbəsində Rusiya ilə tarixi dostluq əlaqələrinə yüksək qiymət verdiklərini bilirəm və vurğulayıb ki, bu səfər Qırğızıstan ilə Rusiya arasında əlaqələrin inkişafına daha da təkan verəcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar