"Müdafiə Nazirliyi cəbhədə hərbçilərin ölümünü gizlədir" - Ermənistan KİV-ləri

“Bu günə qədər Ermənistanda yalnız ordu ona görə ən azı xəcalət çəkilməyəcək yeganə institut olaraq qalırdı. Heç olmasa, vətənin müdafiəçiləri arasında itkilər haqqında xəbər verilməsi kimi vacib prinsip qorunurdu. Bu, acı, lakin dürüst prinsip idi. Lakin indi məlum olur ki, ölkədə artıq bu prinsip də işləmir”, - virtualaz.org xəbər verir ki, bunu Ermənistan hakimiyyətinin orduda hərbçilərin ölüm hallarını gizlətməsi barədə məlumatı şərh edən “Yerkramas” erməni qəzeti yazır.

Belə ki, Ermənistan KİV-lərinin məlumatına görə, yeni il gecəsi Naxçıvanla sərhəddə hadisə baş verib. Yanvarın 1-i səhər saat 4-də Ermənistan Respublikası Müdafiə Nazirliyinin hərbi hissələrindən birinin döyüş mövqeyində müqavilə üzrə xidmət edən hərbçi Qriqoryan Edqar Eduardoviç döş qəfəsi nahiyəsində güllə yarası ilə aşkarlanıb. Yaralı döyüşçü Mehridəki tibbi mərkəzə çatdırılıb, lakin saat 8:10-da onun ürəyi dayanıb.

Ölüm faktı üzrə İstintaq Komitəsi tərəfindən CM-nin 110-cu maddəsinin 1-ci bəndi (intihar həddinə çatdırma) üzrə cinayət işinə başlanıb.

“Lakin ölkədə yeni il şənlikləri davam edirdi, yumşaq hakimiyyət var gücü ilə özünün növbəti Pir qələbəsini – Yerevanın ələ keçirilməsini və parlame tin tamamilə işğal edilməsini qeyd edirdi. Bu bayramı “qaralamamaq” üçün Müdafiə Nazirliyi və İstintaq Komitəsi hüznlü xəbəri ictimaiyyətdən gizlətmək qərarına gəliblər. Və yalnız indi – hadisənin üstündən ay yarım keçəndən sonra döyüşçünün ölümü haqqında məlum olur”, - nəşr yazır.

Jurnalistlərin hərbçinin ölümü faktının nəyə görə açıqlanmaması barədə sualına müvafiq orqanlardan cavab alınmayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar