Venesuela ordusunun üçüncü adamı da Madurodan üz döndərdi - VİDEO

Venesuela ordusunda üçüncü şəxs sayılan Quru qoşunları polkovniki Ruben Alberto Paz Ximenes müxalifətin lideri Xuan Quaydonu dövlət başçısı kimi tanıdığını bildirib.

Virtualaz.org “El Comercio” nəşrinə istinadla xəbər verir ki, Ximenes videomüraciətində ölkənin hazırkı prezidenti Nikolas Maduroya qarşı etiraz aksiyalarında iştirak etdiyini bildirib. O, hərbçiləri ABŞ-ın göndərdiyi humanitar yardımı ölkəyə buraxmağa çağırıb.

“Gəlin, cəsarətli olaq, gəlin, qorxmayaq”, - deyən Ximenes əlavə edib ki, silahlı qüvvələrin 90%-i Madurodan narazıdır, çünki əsgərlərdən hazırkı iqtidarı hakimiyyətdə saxlamaq üçün istifadə olunur.

635x100

Şərhlər

EJDER 2019-02-10 21:32:19

MADURA KAPUT...URUSA BEL BAQLIYANIN AQIBETI BUDUR...LUKAWENKO CANI

Son yazılar