Tramp özünü ABŞ iqtisadiyyatının «xilaskarı» adlandırıb

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) prezidenti Donald Tramp ötən iki ildə onun rəhbərliyi altında ölkə iqtisadiyytının əldə etdiyi «böyük uğurlardan» danışıb.

O, qeyd edib ki, komandası eks-prezident Barak Obama administrasiyasının səhvlərini düzəltməli olub. Amma bu səhvlər «pozitiv dəyişikliklərə» mane ola bilməyib.

Trampın sözlərinə görə, Obama kursuna əməl olunması ABŞ-ı iqtisadi depressiyalara gətirib çıxarda bilərdi.

Öz «Tvitter»ində Tramp ABŞ iqtisadiyyatını nəhəng adlandırıb və qeyd edib ki, onun «xilası» üçün böyük tövhələr verib.

O, amerikalıları demokratların onları «axmaq yerinə» qoymasına imkan verməməyə və gələcək seçkilərdə yalnız onun Respublikaçı Partiyasından olan partiyadaşlarına səs verməyə çağırıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar