Venesuelanın neft şirkəti aktivlərini "Qazprombank"a köçürür - "Röyter" agentliyi

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Venesuelanın milli neft şirkəti «PDVSA» özünün birgə müəssisələrinin hesablarını «Qazprombank»a köçürməyə başlayıb. Özəl mənbələrinə istinadla, bu barədə «Röyter» agentliyi xəbər verib.

Agentliyin məlumatına görə, ABŞ sanksiyaları fonunda PDVSA öz biznes-həmkarlarına təklif edib ki, lazımi vəsaitləri Rusiya bankındakı yeni hesaba köçürsünlər. Bu şirkətlər sırasında Amerikanın «Çhevrn», Norveçin «Equinor» və Fransanın «Total» şirkətləri də var.

ABŞ «Nikolas Maduro rejiminin devirmək  məqsədilə Venesuela mili neft şirkətinə qarşı sanksiyaları yanvarın 28-də tətbiq edib. Şirkətlə əlaqəli hesablarda toplam 7 milyard dollar bloklanıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar