«Gələcək nəsilləri Kuril adaları problemindən xilas edəcəm» - Sindzo Abe

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Yaponiyanın Baş naziri Sindzo Abe Rusiya ilə sülh müqaviləsinin bağlanması istiqamətində aktiv danışıqları davam etdirəcəyi vədini verib.

«Artıq 70 ildən artıqdır ki, davam edən problem gələcək nəsillərə ötürülməməlidir. Vladimir Putinlə birlikdə bup probemə tam qərarlı şəkildə son qoymaq məqsədilə, sülh müqaviləsinin bağlanması istiqamətində mən, aktiv danışıqları davam etdirmək istəyirəm» - deyə, Abe qeyd edib.

Sülh müqaviləsinin bağlanması üçün danışıqların aktivləşdirilməsi üzrə razılıq Rusiya prezidenti Vladimir Putinlə ötən ilin noyabrında Sinqapurda əldə olunub. Tərəflər əsas kimi 1956-cı il Birgə bəyannaməsini qəbul etməyə razılaşıblar.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar