Müxalifət lideri Maduronu devirmək üçün xarici təcavüzə də razıdır

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Venesuela müxalifətinin lideri və Milli Məclisinin spikeri Xuan Quaydo «AFP» telekanalına müsahibəsində bəyan edib ki, prezident Nikolas Maduronu humanitar yardımı qəbul etməyə və hakimiyyəti təhvil verməyə məcbur etmək üçün xarici təcavüz variantı istisna deyil.

Quaydonun sözlərinə görə, «Maduronu getməyə məcbur etmək üçün kifayət edəcək qədər təzyiq tələb oluna bilər». Belə təzyiqin ən effektli forması güman ki, hərbi əməliyyat ola bilər. Acaq o, qeyd edib ki, xarici təcavüz məsələsi "mübahisəlidir" və özü sülh prosesinə üstünlük verərdi («Wall Street Journal»).

Müxalifət lideri bildirib ki, Maduro «hakimiyyəti öz xoşu ilə təhvil verməyəcək».

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar