«Nüvə silahından imtina olunmasını mümkün hesab edirəm» - Stoltenberq

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, NATO-nun Baş katibi Yens Stoltenberq bəyan edib ki, əgər Rusiya və Çin nüvə silahından imtina etsə, Alyans da onların nümunəsini təkrarlaya bilər.

Onun sözlərinə görə, NATO nüvə silahına qarşı çıxış edir və ondan yaxa qurmağa can atır, ancaq hələlik öz arsenalını məhv edə bilmir.

Baş katib Alyansın «Tvitter»ində qeyd edib ki, təkcə NATO-nun imtinası dünyanı təhlükəsiz etməz, əksinə, onu digər «nüvə gücləri»nin təhdidi altına alar.

O, həm də Rusiya və Çini Amerika Birləşmiş Ştatlarının (ABŞ) orta və yaxın mənzilli raketlərin ləğvi (OYMR) barədə Müqavilədən çıxması fonunda, öz nüvə arsenalını genişləndirməkdə günahlandırıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar