DTX XARİCİ KƏŞFİYYATA İŞLƏYƏN ŞƏXSİ YAXALADI - Ona  tapşırıqlar verilib ki... +FOTO

Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) davam edən istintaq-əməliyyat tədbirləri zamanı Azərbaycan Respublikasının vətəndaşı, Mingəçevir şəhər sakini Ələkbərov Anar Vaqif oğlu dövlətə xəyanət cinayətində şübhəli şəxs qismində saxlanılıb.

Bu barədə DTX-nin İctimai əlaqələr şöbəsi məlumat yayıb.

Məyyən olunmuşdur ki, Anar Ələkbərov 2016-cı ilin mart ayında xarici ölkə ərazisində xarici xüsusi xidmət orqanları nümayəndələri tərəfindən maddi maraq müqabilində məxfi əməkdaşlığa cəlb edilib.

Həmin şəxslər A.Ələkbərova xaricdə ticarət əlaqələri olan bəzi Azərbaycan Respublikası vətəndaşları barədə məlumat toplayıb, onları müxtəlif işgüzar münasibətlər zəminində xarici xüsusi xidmət orqanlarının əlaqəsinə cəlb etmək, Azərbaycan xüsusi xidmət orqanlarının əməkdaşları və Azərbaycanda fəaliyyət göstərən konkret ölkələrin səfirliklərinin nümayəndələri, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsi haqqında məlumat toplamaq barədə tapşırıqlar verib. A.Ələkbərov ötən müddət ərzində bu tapşırıqların yerinə yetirilməsi istiqamətində konkret işlər görüb.

Araşdırmalar zamanı A.Ələkbərovun Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi maraqlarına zidd olaraq topladığı və gizliliyinin qorunduğunu güman etdiyi mobil internet təminatından istifadə etməklə xarici xüsusi xidmət orqanlarına ötürdüyü məlumatlar əldə edilib, iş üzrə digər çoxsaylı dəlillər toplanılıb, o, cinayət əməllərini etiraf edərək, təfərrüatları barədə ətraflı məlumatlar verib.

A.Ələkbərov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunaraq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.

635x100

Şərhlər

TARİX 2019-02-11 09:24:15

VƏTƏNDƏN QİYMƏTLİ NƏ VAR DÜNYADA.KİMLİYİNDƏN ASLI OLMAYARAQ ONUN TƏƏSÜBÜNÜ CƏKMƏMƏK,XİDMƏT ETMƏMƏK XƏYANƏTDİR.A. SƏHHƏT YAZIRDI: VƏTƏNİ SEVMƏYƏN İNSAN OLMAZ, OLSADA O ŞƏXSDƏ VİCDAN OLMAZ...

azər 2019-02-11 09:24:15

məhkəmə hökmü olmadan heç kəsi cani elan etmək və kimliyini açıqlamaq olmaz. konstitusiyaya ziddir..

t.ədalət 2019-02-11 09:24:15

Dövlətimizə xəyanət edənlərin çoxu hələ də rahat gəzib dolanırlar.Keçmiş QRU əməkdaşları,Rusiyada hərbi xidmətdə olub gələn casuslar,vaxtı ilə Ə.Hümbətovun dəstəsində olan,sonradan isə ordumuzun sıralarına qoşulanlar və Araz Əlizadə kimi açıq Rusiyaya bağlı olanların da mövqeyi XKİ tərəfindən araşdırılmalıdır..

Son yazılar