Qarabağ separatçıları İranda nümayəndəlik açmaq istəyir

Qarabağ separatçılarının “Milli dirçəliş” partiyası ən böyük qonşu hesab etdikləri İranla qarşılıqlı əlaqələrin aşağı səviyyədə olmasından narahatdır.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu haqda partiyanın yaydığı bəyanatda bildirilib: “İran həmişə özünü dost ölkə, müxtəlif sahələrdə əməkdaşlığa hazır olan kimi göstərib. İranla fəal əlaqə Qarabağ üçün yeni imkanlar yaradır, İrandakı erməni icmasının fəallığını da nəzərə almaq lazımdır. Bu yeni imkanlar son geosiyasi hadisələr fonunda vacibdir”.

Separatçıların partiyası Qarabağdakı separatçı rejimi hətta Tehranda nümayəndəlik açmağa, İran rəhbərliyi, bu ölkənin siyasi, iqtisadi və mədəniyyət elitası ilə birbaşa əlaqələr qurmağa da çağırır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar