Son 12 ildə Rusiyanın Çinə ixracı ilk dəfə idxalı üstələyib

Dərc olunub: 11/02/2019 - 11:12

eb533781-9bdf-45a5-901e-ae5b190f9c78Rusiya 2018-ci ilin nəticələrinə görə, Çin ilə ticarətdə netto-ixracatçı olub.

“Report” xəbər verir ki, bunu Rusiya Federal Gömrük Xidmətinin (FGX) statistikasından görmək olar.

Ötən il Çinə ixrac idxalı 3,9 milyard dollar üstələyib. Sonuncu dəfə belə hal 2006-cı ildə qeydə alınıb. Ondan sonra ticarət balansı Rusiya üçün mənfi saldoda olub.

Ötən il Çinlə ticarət dövriyyəsi 25% artaraq 108 milyard dollara çatıb. Rusiyanın əsas ixrac məhsulları yanacaq və neftdir.

Qeyd edək ki, Rusiya Baş naziri Dmitri Medvedev ötən ilin noyabr ayında Çinə səfəri zamanı qarşılıqlı ticarət həcminin 200 milyard dollara çatdırmağı hədəflədiklərini bildirib.








loading...


Fikrinizi bildirin