Misirin prezidenti Afrika İttifaqının başçısı seçilib

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Efiopiyanın paytaxtı Əddis-Əbəbə şəhərində Afrika İttifaqının (Aİ) ikigünlük sammiti start götürüb. Sammitdə Misirin prezidenti Əbdül Fəttah əs-Sisi təşkilatın başçısı seçilib.

2019-cu il üçün prezident səlahiyyətlərini misirli liderə Ruandanın prezidenti Pol Kaqame ötürüb.

Bundan başqa, sammitdə 2020-ci il üçün ittifaqın gələcək lideri də seçilib - o, Cənubi Afrika Respublikasının (CAR) prezidenti Siril Ramafosadır.

Sammitdə qaçqınlar problemi, Afrikanın 2063-cü ilə qədərki inkişaf strategiyası, bölgəsel inteqrasiya və inkişaf layihələri müzakirə olunub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar