Cenevrədə müsəlman qadınlar dövlət orqanlarında işə alınmayacaq

İsveçrənin Cenevrə Muxtar Respublikasında müsəlmanlara qarşı sərt qərar qəbul edilib.Publika.az xəbər verir ki, dini simvolların rəsmi qurumlarda istifadə edilməsi qadağan olunub. Buraya müsəlman partiyaların qadın üzvlərinin baş örtüyü ilə dövlət orqanlarında işləməsi də daxildir.

Qanun layihəsi Ali Məclisdə keçirilən referendumda 55% səs toplayıb. Referendum ölkədə dövlət və din münasibətlərindəki çərçivələri müəyyən etmək məqsədilə təşkil edilib.

Qanun layihəsi əslində ötən ilin aprel ayında qəbul edilsə də, müsəlmanlar, qeyri-hökumət təşkilatları və partiyalar bu layihəyə qarşı çıxmışdı. Beləliklə, qanun referenduma çıxarılmışdı.

Qeyd edək ki, Cenevrə Muxtar Respublikasının 500 min əhalisi var. Bunun 6%-i müsəlmanlardan ibarətdir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar