Sərxoş polis mayoru avtomobili dərəyə aşırdı

Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma aparılır

Sərxoş polis mayoru avtomobili dərəyə aşırıb.

Ötən gün saat 23:30 radələrində Şəmkir-Gədəbəy yolunun 17-ci km-də, Şəmkirin Qasımalılar kəndi ərazisindən keçən hissəsində Oqtay Muradov idarə etdiyi "VAZ-21099" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın dərəyə aşıb.

Nəticədə sürücü yaralı halda Şəmkir MRX-na yerləşdirilib. Kəlbəcər Rayon Polis Şöbəsində polis mayoru olan Oqtay Muradov sükan arxasında sürücülük hüququ olmadan əlyəşməklə yanaşı, ağır dərəcəli sərxoş olub. Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma aparılır. /Kəpəz TV

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar