Yaxın günlərdə ABŞ-da yeni «şatdaun»u mümkün hesab edirlər

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Ağ Evin aparat rəhbəri vəzifəsini icra edən Mik Malveyni jurnalistlərin suallarına cavab verərkən, «yeni şatdaun» ehtimalını -  Amerika hökumətinin işinin müvəqqəti dayandırılmasını istisna edə bilməyib.

«NBC» kanalına müsahibəsində o, federal büdcə məsələsinin razılaşdırılmmaması səbəbilə, hökumətin işinin fevralın 15-də yenidən dayandırıla biləcəyinin mümkünlüyünü təsdiqləyib.

Onun sözlərinə görə, vəziyyəti yalnız Konqres tərəfindən «Meksika divarı»nın tikitisinə prezidentin tələb etdiyi məbləğin ayrılması barədə qərar xilas edə bilər.

«Siz, mənbən sorşursunuz - mən, tam istisna edə bilərəmmi ki, yeni «şatdaun» olmayacaq? Mənim cavabım - yox!» - deyə, spiker bidirib.

Malveyni Donald Trampın divar tikintisi üçün pulu nəzərdə tutmayan sənədi imzalaya biləcəyi ehtimalını da təkzib edib.

Bu arada respublikaçı-senator Riçard Şelbi bəyan edib ki, Konqresdə büdcə danışıqları dalana dirənib.

Ötən «şatdaun» 22 dekabr 2018-ci il tarixində başlanıb və 25 yanvar 2019-cu ildə bitib. O, ABŞ iqtisadiyyatına təqribən 3 milyard dollara başa gəlib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar