PREZİDENT ONLARA GENERAL RÜTBƏSİ VERDİ - FOTOLAR
Prezident İlham Əliyev Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbə verilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamla Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aşağıdakı hərbi qulluqçularına general-mayor ali hərbi rütbəsi verilib:
polkovnik Şahvələd İsmayıl oğlu Əliyevə
polkovnik Yusif Həsən oğlu Mirzəyevə.
Qeyd edək ki, ötən il Prezident İlham Əliyev Şahvələd İsmayıl oğlu Əliyevi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin maliyyə və maddi-texniki təminat üzrə müavini təyin edib.
Şahvələd Əliyev Dövlət Sərhəd Xidmətində yüksək vəzifədə çalışıb. Azərbaycan Respublikasının Prezidenti 14 avqust 2010-cu il tarixli sərəncamı ilə "Vətən uğrunda" medalı ilə təltif edilib. Şahvələd Əliyev Azərbaycan Respublikası Prezidentinin 02 dekabr 2017-ci il tarixli Sərəncamı ilə Quba Rayon İcra Hakimiyyətinin başçısı təyin edilən Əliyev Ziyəddin İsmayıl oğlunun qardaşıdır.
Prezidentin bugünkü sərəncamı ilə general-mayor hərbi rütbəsi alan polkovnik Yusif Həsən oğlu Mirzəyev tanınmış alim Həsən Mirzəyevin oğludur. 1927-ci ildə Qərbi Azərbaycanda (indiki Ermənistan ərazisi) anadan olan Həsən Mirzəyev ölkənin tanınmış ictimai xadimi, məşhur “91-lər”dən biri idi. Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Həsən İbrahim oğlu Mirzəyev millət vəkili də seçilmişdi.
“Şöhrət” ordenli Həsən Mirzəyev Əməkdar Elm Xadimi fəxri adına layiq görülmüşdü. 25 fevral 2015-ci ildə Bakı şəhərində vəfat edib.
Yusif Mirzəyev 2018-ci il 20 fevralda Prezidentin sərəncamı ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini - Həqiqi hərbi xidmətə çağırış baş idarəsinin rəisi təyin edilib.
Şərhlər
yəqin generalların sayına görə dünyada analoqumuz yoxdur..
General bol olsa yaxşıdır....
sizin kinayeli ve bir azda qisqancliqla verdiyiniz sherhde gerek yazaydiniz ki shahveled 16 yashindan herbi xidmetdedir,heyatinin en parlaq vaxtini herbiye hesr etmek kimi sherefli ishi her kes bacarmir,onun qardashi indi bashci ishleyir, o ise sovet dovrunun polkovnikidir.
Sovet dövründə həmin vəzifə "mayor" vəzifəsi idi