Rumıniya aviaşirkəti Buxarest-Bakı reysini ləğv edib
Baxiş sayı:
Dərc olunub:
11/02/2019 - 18:24
Rumıniyanın TAROM aviaşirkəti Buxarest-Bakı reysini ləğv edib.
Trend-in məlumatına görə, reys şirkət üçün yüksək xərclərlə əlaqədar ləğv olunub.
TAROM şirkətinin saytından aviareys barədə məlumatlar və bilet sifarişi yığışdırılıb.
Həmin reysin aprelin 3-də işə düşəcəyi gözlənilirdi.
Qeyd edək ki, ilk dəfə Buxarest-Bakı reysinin işə düşəcəyi barədə məlumatlar ötən ilin oktyabrında yayılmışdı. Hər iki istiqamətdə biletlərin qiymətinin 341 avrodan başlayacağı deyilirdi.
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.