"ANLADIM Kİ, DOSTLARIMDAN ÜSTÜNƏM..." - Səfər Mehdiyev

Türkiyədə ali təhsil almaq o dövrdə hər bir azərbaycanlı gəncin arzusu idi. Axar.az xəbər verir ki, bu sözləri “Anadolu” agentliyinə müsahibəsi zamanı Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev deyib.

Tələbəlik xatirələri və Türkiyədə aldığı təhsilin həyatına verdiyi töhfələrdən danışan Mehdiyev mərhum prezident Heydər Əliyevin vasitəsilə Naxçıvan Muxtar Respublikası üçün ayrılan kvotadan yararlanaraq Türkiyədə təhsil şansı əldə etdiyini bildirib. General Sovet İttifaqının son illərindəki dağılmış təhsil sisteminin əksinə Türkiyədə tam şəffaf bir təhsil sistemi ilə qarşılaşdıqlarını qeyd edib.

Tətildə vətənə qayıdanda liseydəki sinif yoldaşlarımla görüşdüm. O zaman dünya görüşü və bilik baxımından dostlarımdan üstün vəziyyətdə olduğumun fərqinə vardım. Bunu sadəcə bir illik Türkiyə təhsili sayəsində əldə etdim”, - Mehdiyev bildirib.

Dövlət Gömrük Komitəsinin sədri uğura nail ola bilmək üçün düzgün təhsilin vacib olduğunu vurğulayıb:“Türkiyə vətənpərvər kimi yetişməyimizdə böyük rol oynadı. Türkiyədə aldığım təhsil həyatımda irəliləyişə nail olmağıma kömək oldu, bugünkü vəzifəyə yüksəlməyimdə, karyeramda mənə qapı açdı. Həyata baxış bucağım dəyişdi”.

Mehdiyev bəzi məktəb yoldaşları və müəllimləri ilə hələ də əlaqələrinin olduğunu, bəzən görüşdükləri və “keçmişin çətin, eyni zamanda da gözəl” xatirələrini” yenidən xatırladıqlarını sözlərinə əlavə edib.

Qeyd edək ki, Türkiyə 1992-ci ildə Orta Asiya Türk Cümhuriyyətləri ilə birlikdə Böyük Tələbə Layihəsini həyata keçirib. Layihə çərçivəsində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistandan 2 min tələbə Türkiyədə müxtəlif universitetlərə yerləşdirilərək dövlət hesabına təqaüdlə təhsil alıblar.

635x100

Şərhlər

Realist 2019-02-11 19:12:30

Allah Mirzə Cəlilə rəhmət eləsin.

cefer 2019-02-11 19:12:30

bu qardasda naxcivanlidi....siz caniz belesuvardan sekiden imisliden qubadan samaxidan oguz samix sade rayonlardan general var nazir olan..??

vidadi 2019-02-11 19:12:30

illerdir komruk komitesi olkenin edv -ni mal idxal edenlerin ozune satirdi ve sizde bunu ela bilirdiniz,onda o vetenperverlik harada idi

Ibad 2019-02-11 19:12:30

...Hec olmasa indi daniwdiqin nagila bir ad vererdin evvelce.

Anar 2019-02-11 19:12:30

"Anladim ki dostlarimdan ustunem".sonrada dostlariynan gorushub corek yemek.eceb qebul edibler bele dostu.tekebburluk yalnız Allaha yarashar deyirler.

Qoca Molla 2019-02-11 19:12:30

Belə bəsit dünyagörüşə malik insan necə yüksək dövlət postu tuta bilər? 1il ərzində yüksək təhsil almaqla dostlarından üstün olduğunu demək dövlət məmuruna yaraşmaz. Danışığa fikir ermək lazımdır. Lazımsız qurumun lazımsız rəhbəri (çoxdan gömrüyü vergilərə birləşdirmək lazımdır)

EJDER 2019-02-11 19:12:30

VETENPERVERLER QARABAQDA,ELECE NAXCIVANIN OZUNDE DOYUWURDULER...BU HOKUMETDE BELE GENERALLAR COXDU.INDI ...NE VAR KI...

müəllim. 2019-02-11 19:12:30

Bu onu sübut edir ki,Azərbaycan təhsili məqsədlişəkildə iflasa uğradılıb.Kimdir günahkar? Çünki Mehdiyev vunderkind olmayıb.Orta səviyyəli şagird olub.Ölkənin təhsili niyə bu hala salınıb?

əli 2019-02-11 19:12:30

Türkiyədə aldığım təhsil həyatımda irəliləyişə nail olmağıma kömək oldu, bugünkü vəzifəyə yüksəlməyimdə, karyeramda mənə qapı açdı. Həyata baxış bucağım dəyişdi”.Cox düzdür ancaq tək Türkiyədə oxumaq yox həmidə Naxçıvanlı və həmin kənddən olmağının əsas şərtdir qapının açılmasında. Türkiyədə tək oxumusan ?Türkiyədən də yüksək yerlərdə oxuyanlar var ancaq .........

Pisi 2019-02-11 19:12:30

Sizi turkiyede kemaleddin heyderov oxutdurub ....

Son yazılar