"BakuPost" Mətbuat Şurasına üzv qəbul edilib

"Baku Post Media MMC” (bakupost.az saytı) Mətbuat Şurasına üzv qəbul edilib.

Bu barədə Mətbuat Şurasının İdarə Heyətinin bu gün keçirilən iclasında səsə qoyularaq yekdilliklə qərar qəbul edilib. İdarə Heyəti üzvlərinin müzakirələrindən sonra 2 KİV Şuraya üzv qəbul edilib. Onlardan biri də "Baku Post Media MMC”dir.

BakuPost.az saytı 17 oktyabr 2016-cı ildən fəaliyyət göstərir. Saytın əsas missiyası dövlətçilik maraqlarını qorumaq və cəmiyyəti məlumatlandırmaqdır.

Demokratiyanın, azad və inkişaf etmiş cəmiyyətlər üçün əsas şərtlərdən biri insanların yaxşı məlumatlandırılmasıdır. Buna görə də BakuPost oxucularını obyektiv informasiya ilə operativ şəkildə təmin etməyi hədəf götürüb.

BakuPost üçün peşəkarlıq vacib şərtlərdən biridir. Saytın bütün əməkdaşları bu kodeksə əməl etməlidirlər. Bizim üçün əsas şərtlər dəqiqlik və tərəfsizlikdir.

BakuPost ölkədə baş verən proseslər, cəmiyyət üçün gərəkli olan bütün mövzuların ictimailəşməsinə, təhlillərin və müzakirələrin aparılmasına şərait yaradır, istənilən qurumlarla, fərdi şəxslərlə əməkdaşılıq etməyə hazır olduğunu bildirir.

Sayta BAKİPOST.AZ və BAKUPOST.AZ domenlərindən daxil olunur.

Saytın bütün sosial şəbəkələrdə aktiv səhifələri fəaliyyət göstərir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar