«BMT Venesuelaakı vəziyyətlə bağlı vasitəçi olmağa hazırdır» - Antoniu Quterreş

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antoniu Quterreş Afrika ittifaqıın (Aİ) Efiopiyada keçirilən sammitindəki çıxışını Venesuela böhranına həsr edib.

Onun sözlərinə görə, «ikihakimiyyətlilik» vəziyyətində beynəlxalq təşkilat prezident və müxalifət arasında vasitəçi olmağa hazırdır.

Quterreş qeyd edib ki, BMT-nin iştirakı üçün şərt olaraq hər iki tərəfin müraciəti, o cümlədən, fəaliyyətdə olan prezident Nikolas Maduronun müraciəti lazımdır.

«BMT və şəxsən mən, hər iki tərəfə kömək təklif edirik. Əgər danışıqların - ölkəni indiki qarşıdurmadan çıxartmaq üçün ciddi danışıqların aparılması barədə xahiş daxil olarasa, biz hazırıq» - Baş katib bildirib.

Bundan əvvəl Quaydo prezident Nikolas Maduronu humanitar yardımı qəbul etməyə və hakimiyyəti təhvil verməyə məcbur etmək üçün Venesuelaya xarici təcavüzün istisna olmunmadığını bildirmişdi.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar