"İran raketlərindən vaz keçməyəcək" - Ruhani

İran raket texnologiyalarından vaz keçməyəcək.

“Anadolu” xəbər agentliyinin məlumatına görə, barədə İran prezidenti Həsən Ruhani bəyanat səsləndirib.

Ruhaninin sözlərinə görə, Tehran bu məsələni beynəlxalq müzakirəyə çıxarmaq fikrində deyil.

“İran bundan sonra da ordunu “yer-hava”, “yer-yer”, “dəniz-dəniz” tipli raketlərlə təmin etməyə davam edəcək”, - deyə Ruhani vurğulayıb.

Prezident qeyd edib ki, əvvəllər İran müdafiə sənayesi ölkənin silah və hərbi texnika tələbatının 5 faizini ödəyirdisə, bu gün bu göstərici 85 faizə çatıb.

Prezident haşiyəyə çıxaraq, ölkədə İslam inqilabının 40-cı ildönümü ilə bağlı tədbirlərin ABŞ, İsrail və Tehranın siyasətinə düşmən olan digər region ölkələrinin təzyiqləri fonunda keçirildiyini vurğulayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar