Kamal Abdulla ona üsyan edən xanım dekanı işdən çıxardı - AÇIQLAMA

Azərbaycan Dillər Universitetinin (ADU) Filologiya və Jurnalistika fakültəsinin dekanı Vüsalə Ağabəyli vəzifəsindən çıxarılıb.

V. Ağabəyli BakuPost-a bildirib ki, onu əsassız iddialarla vəzifəsindən çıxarıblar.

O, ADU-da əleyhinə çıxmamış insanların da hazırda hədəf olduğunu bildirib: "Kamal Abdulla az qalır desin ki, torpaqlarımızın da işğalında mənim əlim var. Kimlər ki, mənim əleyhimə çıxmayıblar, növbəti hədəf onlardır. Pərvin Mürsəlovanı da bu gün işdən çıxardı, görək daha sonra kimləri çıxarır”.

Qeyd edək ki, bundan öncə K. Abdulla Filologiya və jurnalistika fakültəsinin dekanı V. Ağabəyliyə töhmət verildiyini açıqlamışdı. V. Ağabəyli isə rektoru universitetdə ayrı-seçkilik salmaqda, Elmi Şurada müəllimləri təhqir etməkdə, dostunun qızı olan və ingilis dilini bilməyən müəllimə dərs verməkdə, imtahanlarda köçürməyə şərait yaratmaqda günahlandırmışdı.

635x100

Şərhlər

Vətən OĞLU 2019-02-11 22:27:10

kamal- hələ kamil olmaq deyil

Mirzə AĞ 2019-02-11 22:27:10

Kamal Abdulla bununla da "öldü"!!!

t.ədalət 2019-02-11 22:27:10

Kamal Abdulla bununla da nüfuzunu itirdi.Onsuz da sanballı yazıçı deyildi.İndi intiriqaçı birisi kimi qələm adamlarının yaddaşında qalacaq.

Son yazılar