Mustafa Hacılı məhkəmədə vəsatətlər qaldırıb

Dərc olunub: 12/02/2019 - 11:41

38feed55-6f3b-48c8-bf1d-97c6d6d16b10Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Bastainfo.com” saytının baş redaktoru, Müsavat Partiyasının Mətbuat xidmətinin rəhbəri Mustafa Hacılının cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

“Report”un xəbərinə görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə şahidlərin məhkəməyə gəlmədiyi elan edilib.

Daha sonra təqsirləndirən M.Hacıbəyli vəsatətlər qaldırıb. O, məhkəmə prosesində iştirak edən jurnalistlərə videoçəkiliş aparmağa icazə verilməsini və səs yazılarının lentə alınmasını istəyib.

Vəsatətlərin növbəti iclasda müzakirə edəcəyi bildirilib.

Prosesi fevralın 19-dək təxirə salınıb.

Qeyd edək ki, M.Hacılı Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar), 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.

Xatırladaq ki, “Criminalaz.com” saytının baş redaktoru Anar Məmmədov barəsində də eyni maddələrlə ittiham irəli sürülüb. Onun cinayət işi üzrə məhkəmə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar Mikayılovun sədrliyi ilə araşdırılır.








loading...


Fikrinizi bildirin