Çin ABŞ-ı günahlandırıb - Ərazi sularına qanunsuz soxulduğuna görə

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Çin Amerika Birləşmiş Ştatlarının (ABŞ) iki raket esminesinin Cənubi-Çin dənizindəki Spartli adasının yaxınlığından keçməsi səbəbilə, bu ölkəyə etirazını bildirib.

Pekində bəyan ediblər ki, ABŞ hərbi-dəniz nüvvələrinin (HDQ) gəmiləri Çin Xalq Respublikasının (ÇXR) ərazi sularına qeyri-qanuni soxulub («Röyter»).

Vaşinqton isə öz növbəsində, sözügedən ərazinin Çinə məxsus olduğunu tanımır və dövri olaraq, öz gəmilərini Sişa arxipelaqı hövzəsinə (Nanşa və Xuanyan adaları) göndərir. ABŞ hakimiyyəti belə hərəkətlərini «azad gəmiçiliyin təmin olunması əməliyyatı» adı altında əsaslandırmağa çalışır.

Bu əraziyə həm də Vyetnam, Bruney, Malayziya və Filippin iddialıdır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar