Venesuela Moskvadan hərbi kömək istəməyib - Rusiya XİN

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Rusiya Xarici İşlər Nazirliyinin (XİN) Latın Amerikası departamentinin direktoru Aleksandr Şetinin bəyan edib ki, Venesuela Rusiya Federasiyasından hərbi kömək xahiş etməyib.

Bundan əvvəl, Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov bəyan etmişdi ki, Kreml daxili-siyasi böhran səbəbilə, Venesuela prezidenti Nikolas Maduronun ölkə ərazisindən çıxarılması istiqamətində heç bir fəaliyyət planlamır. Onun sözlərinə görə, Maduronun təxliyyəsi və toxunulmazlıq zəmanəti Kremldə müzakirə olunmur.

Guya, Moskvanın Venesuela prezidentini dəstəkləməkdə davam etmək məsələsində tərəddüd keçirməyə başladığı barədə KİV-i yaydığı məlumatı şərh edərkən, Peskov deyib ki, Moskvanın mövqeyi heç dəyiqməyib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar