Kamal Cəfərov canlı yayımda sualları cavablandıracaq

Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın katibi Kamal Cəfərov “Facebook” sosial şəbəkəsindəki hesabında canlı yayım vasitəsilə izləyicilərin suallarını cavablandıracaq.

“Report”un xəbərinə görə, bu barədə K.Cəfərov özü məlumat verib.

O bildirib ki, canlı yayım 13 fevral saat 19.30-da başlayacaq.

K.Cəfərov “2018-ci il Korrupsiya Qavrama İndeksi”ndə Azərbaycanın reytinqi ilə bağlı baş vermiş dəyişikliklərin əsl səbəblərindən danışacaq. O, eyni zamanda Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın fəaliyyəti və bu sahə ilə bağlı oxucuların suallarını cavablandıracaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar