SABİQ POLİS RƏİSİNƏ QARŞI SENSASİON İTTİHAMLAR - Varidatımı əlimdən alıb, özümü də iflic etdi + VİDEO

İsmayıl Əsədov isə deyir ki….

Əslən Naxçıvanın Şərur rayonundan olan Bakı Şəhər sakini Cəsur Bağırov Gununsesi.org vasitəsilə Prezident İlham Əliyevə, baş prokuror Zakir Qaralova müraciət edib.

Vətəndaşın müraciətinə səbəb isə Bakının Nizami, Nərimanov, Yasamal və Kürdəmirin polis rəisi vəzifəsində çalışmış İsmayıl Əsədovun onun başına gətirdiyi olay olub. Vaxtilə orta səviyyəli iş adamı olduğunu deyən Cəsur Bağırov bildirib ki, Ukraynaya meyvə-tərəvəz ixracı ilə məşğul olurmuş. Bu ölkədə başverən "Maydan” hadisələri zamanı ciddi zərərə düşür. Sonra həyat yoldaşı və oğlunun səhhətində yaranmış problem onu çətinliyə saldığından vəziyyətdən çıxmaq üçün faizlə pul götürmək qərarına gəlir.

Həyatında baş verən dəhşətli olay isə bundan sonra yaranır. Belə ki, Nərimanov Rayon Polis İdarəsinin o zamanki rəisi İsmayıl Əsədovun yaxını olan Emil Allahverdiyevdən faizlə pul götürmək qərarına gəlir. Onunla birlikdə çalışan Aydın Amayev də 10 min manat öz işləri üçün Emilə müraciət edir. Ancaq 30 min götürmk üçün Emil 9 saylı notariusda onlardan 4 min "şapka”nı yerindəcə alır.

Bu azmış kimi notariusda yazılan müqavilədə borc məsələsi deyil, Cəsur Bağırova məxsus obyekt alqı-satqı qeyd edilir. Hansıki bu obyetkin maya dəyəri götürülən 30 mindən dəfələrlə çox olub.

Əlacsız qaldığından bur formada müqaviləyə razılaşan Cəsur Bağırov İsmayıl Əsədovun polis rəisi olmasını nəzərə aldığını və bir hüquq adamının onu aldatmasının mümkünsüzlüyünə inandığını deyir: "Düz bir ildən artıq 1200-dən hər ay ona faiz ödədik. 2 ay gecikməmiz olan kimi Emil məni İsmayıl Əsədovla hədələdi. Sonra iki polis gəlib məni rəisin yanına apardı. Otağında məndən tələb etdi ki, faizi təcili ödəyim. O, haradansa öyrənmişdi ki, mənim başqa bir mənzilim var. Məcbur etdi ki, mənzilimi satım. Mənzilimi də satdım. Ümumilikdə 100 mindən çox pulumu aldı. Hər dəfə də obyektimi qaytarmadı. Kimin yanına getdimsə, dedilər ki, artıq ümidini üz. Yasamala rəis təyin olunanda yanında oldum. Bu dəfə məni açıq şəkildə hədələdi. Kabinetindən çıxan kimi iflis oldum. elə polisdən birbaşa Neftçilər Xəstəxanasına apardılar. Bir neçə ay səhhətim mənim başımı qatdı. Ən sonuncu iş yeri Kürdəmir idi. Mən adını çəkmək istəmədiyim DİN-dən bir nəfər nüfuzlu adamdan xahiş etdim. Onun tapşırığı ilə məni Kürdəmirdə qəbul etdi. Bu dəfə isə Emil Allahverdiyevin anası Şəfiqə xanıma zəng etdi. Hansı ki, bu xanım da Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasında çalışırdı. Dedi, Cəsuru incitdiyimiz bəsdir. İndiyə qədər ödədikləri devolvasiya və fazilərə silinsin. Yenə gətirib 20 min manat versin, onun obyektini qaytarın. Mən özlüyümdə çox sevindim ki, artıq vicdana gəlib. Bu anda dedi ki, həyat yoldaşımla xaricə istirahətə gedirəm, 5 min verərsən. Düşündüm ki, bahalı obyektim qayıdırsa, 5 min də verərəm. Bakıda adam yolladı və həmin 5 min verdim. 20 min də yenidən bunlara verdim. Bu dəfə də aldandım.

Şikayət edəndə isə Nərimanov rayon prokurorunun köməkçisi Saleh Hacıyev cinayət işinin başlanmasının rədd olunması barədə qərar verdi.

Hazırda rədd qərarı ləğv edilib. İş yenidən araşdırılacaq. Odur ki, bu məsələni ictimailəşdirməkdən başqa yolum qalmadı. Mən üzümü cənab Prezidentə, Baş Prokuror Zakir Qaralova tutaraq, xahiş edirəm ki, şikayətimin ədalətli araşdırlmasına kömək olsunlar. İsmayıl Əsədov törətdiyi əmələ görə, cavab versin.

Gununsesi.org vətəndaşın bu iddiası ilə bağlı İsmayıl Əsədovun özüylə əlaqə saxlayıb. Geniş danışmaqdan imtina edən sabiq polis rəisi bildirib ki, Cəsur Bağırovun şikayəti ilə bağlı hüquq-mühafizə orqanlarında araşdırma aparılıb və təsdiqini tapmayıb.

Dəfələrlə məni özünə məxsus "Dost qapı” restoranına çağırıb, təkid edib ki, şikayətlərimdən geri çəkilim. Bu gün onun yaşatdıqları səbəbindən həyat yoldaşım onkoloji xəstə olub. Hərşeyim əlimdən gedib, 4 uşaqla 1 otaqlı mənzildə qalıram.

"AzPolitika.info" Gununsesi.org-a istinadla Cəsur Bağırovun Prezidentə və Baş Prokurora şikayəti ilə bağlı ətraflı video müraciətini təqdim edir:

635x100

Şərhlər

Bashirov Qarib 2019-02-12 20:40:13

Pulun varsa ,agıl lazım deyil.

Mərdan 2019-02-12 20:40:13

Kadrların yerlərinin dəyişdirilməsi düzgün praktika deyil.Əgər bir kadr bir yerdə yaxşı işıəyibsə,özünü doğrulda bilibsə,onu daha yüksək vəzifəyə təqdim edərlər.Yoxsa şilonu mıloya dəyişmək belə nəticələr verər.Azərbaycanda kadr çatışmır?Bir rayondan digərinə eyni vəzifəyə köçürmə doqru və qanuni yol sayıla bilməz.Burada bir işçi bir rayonda özünü artı ləkələyibsə.onu başqa rayona eyni vəzifəyə köçürmək himayəçilik sayılır.Bu təcrübəni unutmaq ləzımdır.

Məğrur Bədəlsoy, Qarabağ əlili 2019-02-12 20:40:13

Kiminsə yaxın adamının kimdənsə,kiməsə borc verməsinə görə rəis niyə günahkar olsun ki? Açıq şəkildə görünür ki, keçmiş rəisi şantaj etmək yolu tutulub. İsmayıl Əsədov peşəkar, xalqını sevən, torpaqlarımız uğrunda savaşan polis zabitidir. Belə işlərə heç vaxt qol qoymaz. Qarabağ əlilləri onu döyüşlərdən tanıyır. Elə rəis olanda da daim vətəndaşın, haqqın,ədalətin yanında olub. Elə adama qara yaxırlar ki, əlin üzündə qalır. Mərdi qova-qova namərd etməzlər, konkret fakt varsa, deyin, yazın. Yoxsa, kiminsə yaxını, dostu olmaq hələ də cinayət sayılmır.

yengibar 2019-02-12 20:40:13

dostluğun axırı belə olur.

t.ədalət 2019-02-12 20:40:13

İsmayıl Əsədov Bəylər Əyyubovun yaxın qohumudur.Ona heç kim heç nə edə bilməz.

Son yazılar