Azərbaycan alimləri yeni velosiped ixtira ediblər

Azərbaycan alimləri tam ötürməli yeni velosiped ixtira ediblər.

Bu barədə "Report"a Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Yeni velosipedin müəllifləri isə akademiyanın Radiasiya Problemləri İnstitutunun aparıcı elmi işçisi, fizika üzrə fəlsəfə doktoru Oktay Salamov və “Azalternativenerji” Məhdud Məsuliyyətli Cəmiyyətinin baş mexaniki, texnika üzrə fəlsəfə doktoru Əlisgəndər Salamovdur.

Avrasiya Patent Təşkilatı yeni ixtiranı tanıyıb və müəlliflərə 030801 seriya nömrəli şəhadətnamə verib. Azərbaycanın ümumilikdə ixtiraçı alimlərinin iki təkərli tam ötürməli velosiped işlənməsi üzrə ilk işi olan sözügedən velosipeddə arxa və qabaq təkərlərin hər biri ayrı-ayrılıqda və eyni zamanda aparıcı təkər funksiyasını icra edə bilir.

Öz sinfində (tam ötürməli velosipedlər) yeni texniki göstəricilərin cəmləşdiyi ixtira şəraitdən asılı olaraq həm tam ötürməli, həm də düz yol şəraitində ən yüksək nəticələrə və sürətə malik adi ötürməli idman velosipedi kimi istifadə oluna bilər.

635x100

Şərhlər

Oqtay 2019-02-12 13:59:58

Bu yzını tez pozun ayıbdır AMEAnın iki elmlər doktoru icad elədiyi nədir velosiped .Patent təşkilatına pulunu ver vəssalam nə istəsən qeydə alsın.Bunu ermənilər oxusa yenə də YOU TUBE də bizi araya qoyacaq. Heç olmasa yazmayın Camaat marsa uçmağa hazırlaşır bunlar velosiped icad ediblər bəh bəh bəh

Ədalət 2019-02-12 13:59:58

Bu fəlsəfə doktorlari bir az da mütaliə etsəydilər bilərdilər ki, ruslarin belə bir sözü var "necego izobretat velosiped" yəni velosiped ixtira etməyə ehtiyac yoxdur....

Son yazılar