"Pul uğrunda amansız mübarizə gedir" - Qüdrət Həsənquliyev

“Ölkədə prezident tərəfindən keçirilən sosial-iqtisadi islahatlar əhali tərəfindən rəğbətlə qarşılanır. Fikrimcə, bu islahatlar bələdiyyələri də əhatə etməlidir. Siyavuş Novruzov qeyd etdi ki, xaos müxalifəti aparılan islahatları öz adına çıxmaq istəyir, guya onların təzyiqi ilə bu islahatlar aparılır. Əslində demokratik qüvvələr bundan pərişan olmamalıdır. Onlar belə şantajla aparılan islahatların dayandırılmasını istəyirlər. Hesab edirəm ki, islahatlar dərinləşdirilməlidir. Xalq prezident tərəfindən aparılan islahatları dəstəkləyir”.

Bu sözləri parlamentdə çıxışı zamanı BAXCP sədri, deputat Qüdrət Həsənquliyev deyib.

Q.Həsənquliyevin sözlərinə görə, bir epizodla tanış olduqdan sonra düşünüb ki, ölkədə bu tip müxalifətin öz mövcudluğunu qoruyub saxlaması səbəbindən prezidenti tənqid etmək olar: “Məsələn, bir foto veriblər. Prezident gedib açılış tədbirinə və orada 3-4 metr məsafədən insanların qarşısında çıxış edir. Başqa fotoda isə göstərirlər ki, prezident ağbirçək nənənin əlindən öpmək istəyir. Əslində bu epizod əhalini xeyli duyğulandırdı. Çünki nənə prezidentin əlindən öpmək istəyirdi, amma prezident əks addım atdı. Bu hadisə insanları çox sevindirdi. Amma bu insanlar açılış mərasiminə getməklə, faciə baş verən yerə getməyin fərqini anlamırlarsa, deyiləcək söz yoxdur. Hesab edirəm ki, bunun fərqində olmayan insanlara baş qoşmağa dəyməz”.

Millət vəkili daha sonra “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın” illik məruzəsi haqda fikirlərini açıqlayıb: “Burada qeyd edilib ki, irəliləyişlərə rəğmən bələdiyyələrin fəaliyyətində qüsurlar da var. Qeyd olunur ki, böyük uğurlara, əhəmiyyətli irəliləyişlərə imza atılıb. Axı bələdiyyələrlə bağlı belə söz işlətmək doğru deyil. Bizə bələdiyyələrin nə qədər vergi topladığı, bu maliyyənin nə qədərini aparatı saxlamağa, nə qədərini sosial-iqtisadi problemlərin həllinə sərf edildiyi haqda məlumat verilsəydi, çox müsbət hal olardı. Sənəddə qeyd edilir ki, bələdiyyələr tərəfindən 50 kommersiya qurumu yaradılıb və bunun 50 faizindən çoxu fəaliyyət göstərmir. Hesab edirəm ki, bələdiyyələrlə iş yenidən qurulmalı, yeni yanaşmalar ortaya qoyulmalıdır”.

Deputat bildirib ki, məruzədə Ədliyyə Nazirliyinin Akademiyasında 20 tədris kursu keçirilib, 200-dən çox təlim keçirilib, eləcə də regional treninqlər, xarici ölkələrdə təcrübə mübadiləsi ilə bağlı səfərlərin təşkil edildiyi qeyd edilib: “Bunların hamısı pul, maliyyədir. Bu qədər vəsait xərclənib, təlimlərdə 8133 bələdiyyə üzvü iştirak edib. Əgər 50 kommersiya təşkilatı yaradılıbsa və bunun 50 faizi işləmirsə, onda bu təlimlərin, xərclənən maliyyənin nəticəsi hardadır? Təlimlərdə bələdiyyə üzvlərinə nə öyrədirlər?”.

Q.Həsənquliyev əlavə edib ki, bələdiyyələrin maliyyəsi artırılmalıdır:“Özü də bələdiyyələr təkcə iqtisadi məsələlər, yerli xarakterli problemlərin həlli ilə məşğul olmamalıdır. Biz bilirik ki, xaos müxalifəti ölkədə siyasi islamın stimullaşdırılması üçün ardıcıl və sistemli iş aparır. Bu şəbəkə daxilində pul uğrunda amansız mübarizə gedir. Bələdiyyə üzvləri isə xalqa, insanlara ən yaxın qurumlardır. Bələdiyyələrin bu istiqamətdə fəaliyyəti olmalıdır. Bələdiyyələr həm də sosial-iqtisadi layihələr həyata keçirilməlidir. Dövlətə ən böyük xəyanət islamın siyasiləşdirilməsinin legitimləşdirilməsidir ki, Azərbaycanda bu istiqamətdə iş aparılır”.

635x100

Şərhlər

Aysberq 2019-02-12 15:09:03

Sitat:"Siyavuş Novruzov qeyd etdi ki, xaos müxalifəti aparılan islahatları öz adına çıxmaq istəyir, guya onların təzyiqi ilə bu islahatlar aparılır" Ey cənabi deputat, Sizə sual: Niyə bu sərəncam 15 yanvarda verilməmişdi?? Və ikinci sual: Niyə bu 25-30 ildə bu xaosu yığışdırmamısınız?? Ən nəhayəti isə nə qədər ki, bələdiyyələr yerli xanların (İcra hakimiyyətlərinin) torpaq satan qurumu kimi qaldıqca V.İ.Leninin "Bir addım irəli iki addım geri" söhbəti olacaqdır!!!!

muzaffar1949 2019-02-12 15:09:03

Əsl müxalifəti xaos müxalifəti adlandırırsız. mahiyyətini bilmədən. ... məmurlar ölkəni viran qoymub, talan edib, sanki(əslində elə əsl düşməndilər).... Ona görədə heç kim sizi kimi müxalifəti ciddi qəbul etmir.

EJDER 2019-02-12 15:09:03

HESAB EDIREM KI,TELIMLERDE BELEDIYYE UZVLERINE ANCAQ ANALOQU OLMAYAN INKIWAFIMIZI TEREFLEMEYI OYREDIBLER...BAWQA MEMURLER KIMI,KIM NECE SOKMELIDI BUDCENI...

Azərbaycan vətəndaşı 2019-02-12 15:09:03

Ay Qudrət xalqın əsəbləri ilə oynamayın.Azərbaycanda elə bir qurum yoxdur ki, xalq üçün nə isə etmək istəsin.Bütün xəstəxanalarda rüşvət baş alıb gedir.Bunu hamı bilir.Ancaq bir tədbir görən yoxdur.Hər yanda vətəndaşlara qarşı haqsıszlıq baş alıb gedir.Özudə bu haqsıszlığı xalqa xitmət etməli məmurlar edir.Bunu danışmaq lazımdır.Yoxsa bələdiyyələr belə getdi,müxalıfət bunu dedi.Xalq hər şeyi yaxşı bilir.Nə ücün bu rüşvətxorluğa,haqsıszlığa qarşı çıxış etmirsən.

Son yazılar