Valyuta mübadiləsinə icazə verilməsi Prezident ilə razılaşdırılmayacaq

Milli Məclisin bu gün keçirilən iclasında "Valyuta tənzimi haqqında" qanuna dəyişiklik edilib.

Qanunun 13-2.5-ci maddəsinə əsasən, maliyyə bazarlarına nəzarət orqanı valyuta mübadiləsi fəaliyyətinə lisenziya verərkən onu müvafiq icra hakimiyyəti, indiki halda ölkə Prezidenti ilə razılaşdırmalı idi.

Dəyişikliyə əsasən, bu məsələ aradan qaldırılır.

Qeyd edək ki, “Valyuta tənzimi haqqında” qanuna 2017-ci il aprelin 25-də edilmiş dəyişikliyə əsasən, valyuta mübadiləsi fəaliyyəti lisenziyalaşdırılan fəaliyyət növüdür. Bu işlə banklar və milli poçt operatoru ("Azərpoçt" MMC) ilə yanaşı, fiziki şəxslər də məşğul ola bilərlər.

Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq qəbul olunub.

Qeyd edək ki, “Valyuta tənzimi haqqında” qanuna 2017-ci il aprelin 25-də edilmiş dəyişikliyə əsasən, valyuta mübadiləsi fəaliyyəti lisenziyalaşdırılan fəaliyyət növüdür. Bu işlə banklar və milli poçt operatoru ("Azərpoçt" MMC) ilə yanaşı, fiziki şəxslər də məşğul ola bilərlər. /"Marja"

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar