SÖYÜN SADIQOVUN QƏFİL HƏBSİ... - Təfərrüatları üzə çıxdı (Yenilənib)

Bir vaxtlar Rusiyadakı azərbaycan diasporunun liderlərindən biri olan və özünü prezident Vladimir Putinin səlahiyyətli nümayəndəsi kimi təqdim edən Söyün Sadıqovun həbsinin təfərrüatları üzə çıxıb. Virtualaz.org xəbər verir ki, Söyün Sadıqov erməni biznesmendən 100 milyon rubl və 1 hektar torpaq sahəsini tələb edib. Lakin biznesmen onu “ilişdirib”.

İstintaq məlumatlarına əsasən Söyün Sadıqov sahibkar qadın Yuliya Mazurla və “kimliyi istintaqa hələ məlum olmayan” başqa şəxslə əlbir olaraq rostovlu biznesmen, “Nebuq” şirkətinin direktoru Madiros Xorenoviç Oskanovdan hədə-qorxu yolu ilə 100 milyon rubl tələb edib.

Belə ki, Söyün və Yuliya özünü Oskanova “İnterles-L” adlı şirkətin əməkdaşları kimi təqdim ediblər. Əslində isə onların həmin şirkətə dəxli olmayıb. Onlar “Nebuq” şirkətinin hesabındakı qanunsuz pullar və torpaq sahəsi barədə bildiriblər. Və Oskanovdan tələb ediblər ki, hər şeyi qanuni şəkildə yenidən rəsmiləşdirmək və həbs olunmamaq üçün 100 milyon rubl, üstəlik 1 hektar torpaq sahəsini versin.

Oskanov isə polisə müraciət edib. Bundan sonra Söyün Sadıqovla Rostovdakı restoranlardan birində görüş təyin edib. Sadıqovu 5 milyon rublu alarkən yaxalayıblar.

Hüquq-mühafizə orqanlarındakı mənbə bildirib ki, həbs Rostovun Staçki prospektində yerləşən "Ris" restoranında baş tutub. Söyün Sadıqovla birlikdə biznesvumen Yuliya Mazur da həbs edilib. Hazırda S.Sadıqov istintaq təcridxanasındadır və istintaqı, sonrakı məhkəməni gözləyir. Sadıqovu mütəşəkkil qrup halında törədilən xüsusilə iri məbləğdə dələduqluqda ittiham edirlər. Bu ittiham üzrə onu 10 ilə qədər həbs gözləyir.

 

Qeyd edək ki, Söyün Sadıqov 2013-cü ilə qədər Rusiya azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyətinə (“AzərRos”) başçılıq edib. Bu təşkilatdan deyiblər ki, Söyünün həbsi və ona qarşı irəli sürülmüş ittiham haqda eşitməyiblər. Təşkilatın rəhbəri Mehriban Sadıqovanın dediyinə görə, 2013-cü ildən bəri S.Sadıqov “AzərRos”un fəaliyyətində iştirak etmir.

S.Sadıqov sambo üzrə SSRİ çempionu, SSRİ idman stası olub. Sonradan tikinti və bank biznesinə girişib. O, Rusiya prezidenti yanında millətlərarası münasibətlər Şurasının üzvü olub, 2012-ci il prezident seçkilərində Putinin etibarlı nümayəndələri arasında yer alıb və son illərdə geosiyasi araşdırmalarla məşğul olan Strateji İnkişafın Modelləşdirilməsi Mərkəzinə rəhbərlik edirdi. Onun adı Ukraynanın qərində macar separatizminin qızışdırılmasında da hallanırdı.

****

“AzerRos”un keçmiş sədri  Abbas Abbasovla münaqişədə olub, Gürcüstanda erməni terrorçunun abidəsinin  qoyulmasına sərt şəkildə etirazını bildirmişdi

Xəbər verdiyimiz kimi, Rusiya Federasiyasının Rostov şəhərində azərbaycanlıların keçmiş diaspor rəhbəri Söyün Sadıqov yerli hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. “Report”un Moskva bürosunun əldə etdiyi məlumata görə, S. Sadıqov “reket” fəaliyyəti ittihamı ilə həbs olunub. Onu güc yolu ilə 100 milyon rubl tələb etməkdə günahlandırırlar. Keçmiş diaspora rəhbəri şəhərdəki kafelərin birində hadisə zamanı saxlanılıb.

“Yeni Müsavat” bildirir ki, Sadıqov Söyün Qasım oğlu 1960-cı ildə Gürcüstanın Qarayazı, indiki Qardabani bölgəsində anadan olub. İqtisad elmləri namizədi, biznesmendir. 1980-1981-ci illərdə KQB orqanlarında işləyib. Daha sonra tikintiyə keçib, tikintidə sahə ustası, sonra idarə rəisi, trest müdiri olub. Bu sahədə karyerasını inkişaf etdirib. Söyün Sadıqov 1981-ci ildən Moskvanın “Qlavmosremont” tikinti şirkətində çalışıb. 1986-cı ildən “Mosrekonstruksiya” şirkətinin direktor müavini vəzifəsində işləyib, 2000-ci ilə qədər isə həmin trestin rəhbəri olub.

söyün sadıqov ile ilgili görsel sonucu

1994-cü ildə fəxri memar adına layiq görülüb. 1990-cı ildə Moskva Dövlət İdarəetmə İnstitutunu bitirib. 2002-ci ildə “AzerRos”un prezidenti seçilib. 2012 -2018-ci illərdə Rusiya prezidenti Vladimir Putinin etibarlı nümayəndəsi olub. Haqqındakı Vikipediya məlumatlarına görə, 2005-ci ilin martında S.Sadıqova sui-qəsd olub, ofisinin yaxınlığında killer onun avtomobilinə avtomatdan atəş açıb. Nəticədə iş adamının sürücüsü yaralanıb, özünə heç nə olmayıb.

söyün sadıqov ile ilgili görsel sonucu

SSRİ idman ustasıdır, sambo üzrə 1978-ci il SSRİ çempionatının qalibidir.

Bildirək ki, Söyün Sadıqov iki dəfə ailə qurub. Birinci həyat yoldaşından bir oğlu var. İkinci dəfə öz xalası qızı ilə ailə quran Söyün Sadıqovun bu evlilikdən bir oğlu və iki qızı dünyaya gəlib.

O, 2012-ci Moskvada bir qrup azərbaycanlı oliqarxın birləşdiyi Ümumrusiya Azərbaycan Təşkilatları İttifaqının (“Milyarderlər İttifaqı”) təsisçilərindən biri olub. Rəsmi Bakıya qarşı zaman-zaman sərt mövqeyi ilə seçilib. O, son illər Azərbaycan baş nazirinin sabiq birinci müavini Abbas Abbasovla münaqişədə olub. Əvvəl sabiq vitse-primyerin “AzerRos” sədrliyindən, sonra isə  Ağsaqqallar Şurasının sədrliyindən getməsi üçün hər şey edib.

O, müsahibələrində “Rusiyada Abbas Abbasovun nüfuzu  qalmayıb. Əgər onun Rusiya rəhbərliyi yanında elə hörməti və nüfuzu olsaydı, Abbas Abbasov dostu Telman İsmayılova kömək edərdi” kimi açıqlamalar verib.

Moskvadakı mənbələr iddia edir ki, S.Sadıqovun qəfil həbsində Abbas Abbasovun “əli olduğu” güman edilir. “Abbas Abbasov nüfuzundan istifadə edərək, onu həbs etdirə bilib”, - deyə mənbə “Yeni Müsavat” a bildirib.

Son olaraq, Söyün Sadıqov Xocalıda azərbaycanlılara qarşı törədilən soyqırımın iştirakçısı Mixail Avaqyana Gürcüstanda abidə qoyulmasına sərt şəkildə etirazını bildirmişdi. Söyün Sadıqov Gürcüstan prezidentinə və baş nazirinə sözügedən erməni terrorçusunun abidəsinin sökülməsi üçün 2 ay vaxt verərək onları “Gürcüstanda yaşayan soydaşlarımızı öz muxtariyyətlərini tələb etmək üçün ayağa qaldıracam” sözləri ilə hədələmişdi.

"AzPolitika.info" qeyd edir ki, Söyün Sadıqovun bu bəyanatından sonra həbs edilməsi, onun saxlanılmasında Moskvadakı ermənilərin də rolu olduğunu düşünməyə əsas verir.

***

Rusiya Federasiyasının Rostov şəhərində azərbaycanlıların keçmiş tanınmış diaspor rəhbəri Söyün Sadıqov yerli hüquq mühafizə orqanları tərəfindən saxlanılıb.

“Report”un Moskva bürosunun əldə etdiyi məlumata görə, S. Sadıqov “reket” fəaliyyəti ittihamı ilə həbs olunub. Onu güç yolu ilə 100 milyon rubl tələb etməkdə günahlandırırlar.

Keçmiş diaspora rəhbəri şəhərdəki kafelərinin birində hadisə zamanı saxlanılıb.

Qeyd edək ki, Söyün Sadıqov uzun illər Azərbaycan Mədəni Muxtariyyətinin sədri vəzifəsində çalışıb. 2012 -2018-ci illər Rusiya prezidentinin Vladimir Putinin etibarlı nümayəndəsi olub. Onun adı uzun müddət mətbuatda müxtəlif siyasi və ictimai qalmaqallarda hallandırılıb.

635x100

Şərhlər

Abdulqadir 2019-02-13 13:58:35

Qurmadir,Gürcüstan meselesine göre.Meqaleden chixarila bilen netice mene göre beledir ki,sahibkar qadin Mazurun ve ermeninin eliyle qurulan senaridir.Mazur yagin ki,Sadigova müraciet edib ki,ermeniden ona vermeli oldugu pulu almaqda kömeklik etsin ve bunun müqabilinde de nese böyun olub ve oyunlari heyata kechib.Bu menim versiyamdir.

Mehdi 2019-02-13 13:58:35

Ele bu qurma is Abbasin olar.Cunki isin icinde ermeni var...

Gahangir 2019-02-13 13:58:35

Prezdent.olsam.her. ikisinide..... abbas.abbasov. ve.polad. bülbüloglunu.her.ikisinde....

Valeh 2019-02-13 13:58:35

Ey.millet.onu.bilinki. abbas.abbasovunda. ermeni.qarışıgı.var. ona.güvenmeyin. hetda.imkan. olduqca.abbas.abbasovu.ve. polad. bülbül.oglunuda.nüfuzdab.salın

Oqtay 2019-02-13 13:58:35

Emənilərin Gürcüstan kəndində qoyduğu heykələ sərt etirazını bildirmişdir.Erməni qurması olar bu.Ermənilər Rusiyada at oynadır

t.ədalət 2019-02-13 13:58:35

Söyün Sadıqovların kimliyi Rusiyaya çaxdan bəlli idi.Elə buna görə də onu diaspor rəhbəri seçmişdilər.

Son yazılar