“Belə insanların əlindən hər şeyi almaq olar” - Gülər Əhmədova

“Qurunun oduna yaşın yanması hər zaman olub və olacaq, amma bu, cəmiyyətdə elə bir təlatüm yaradır ki, mövcud quruluşlar pozulur, formasiyalar dəyişir. Çünki məzlumun ahı heç zaman yerdə qalmır”.

Bu sözləri moderator.az-a müsahibəsində keçmiş millət vəkili Gülər Əhmədova deyib.

O, bildirib ki, Heydər Əliyev də deyirdi ki, "Günahkar cəzasız qalanda və günahsız cəzalandırılanda dövlət sarsılar”: “Bu gün Ermənistan kimi bir dövlətin böyük sarsıntı və fəlakət içərisində yaşamasının əsas səbəbi odur ki, onun başında əli günahsız körpələrin və qocaların qanına bulaşmış şəxslər durur. Unutmamalıyıq ki, odlar içərisində yanan Şərq və Qərb məhz dünyanın günahkarlara cəza kəsməsinin nəticəsidir”.

G. Əhmədova “Allahla başbaşa qalmaq insanda hansı hissləri oyadır” sualına belə cavab verib: “Allaha baş-başa qalmaq əslində artıq hər bir insan üçün onun həyatının böyük qələbəsidir. Bu o deməkdir ki, bu insan yaradanını və özünü tanıyır. Yaradanını və özünü tanıyan insan məğlubedilməzdir. Çünki Yaradanını tanıyan insan əlindən hər an çıxa biləcək dünyaya və onun nemətlərinə deyil, yaradanına baglıdir. Belə insanların əlindən hər şeyi almaq olar, lakin nəticədə heç nəyi almaq olmaz”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar