Azərbaycan ən az ət yeyilən ölkədir - HESABAT

BMT dünyada ən çox ət və ət məhsulları yeyilən ölkələrin siyahısını hazırlayıb.

FED.az xəbər verir ki, “Euronews”un yaydığı məlumata görə, dünyada ən çox ət yeyənlər ispanlardır.

İspaniyada il ərzində hər bir şəxs ortalama 94 kiloqram ət yeyir. Onu 90,87 kiloqramla Avstriya və 86,76 kiloqramla Fransa izləyir.

Hesabatda bildirilib ki, ət istehlakı Şimali Amerika və Avropada təxminən 80 kiloqramdır. Bu ölkələrdən fərqli olaraq, Şərqi Avropada ət istehlakı aşağı səviyyədədir.

BMT-nin məlumatına görə, ən az ət istehlakı Bosniya və Herseqovinada (32,21 kq), Azərbaycanda (31,1 kq) və Gürcüstandadır (27,89 kq).

Paylaş

Şərhlər

t.ədalət 2019-02-12 16:15:00

Azərbaycanda az ət yeyilməsinin səbəbi kasıblıq və ətin baha olmasıdır.Dünyada ən çox ət yeməyə meyilli xalq bizik.Təəssüf ki ehtiyac bizi bu imkandan da məhrum edib.

EJDER 2019-02-12 16:15:00

ETIYAC MEYARI YUZ OTUZ MANAT OLAN ,ET YEYE BILER.EN AZI BEW YUZ MANAT OLMALIDI.HELE DEVA DERMANINI DEMIREM.MONOPOLIYA EVIMIZI YIXAJAQ...LUKAWENKO CANI.ESAS FRMULADI,WARADI,FORUMDU,,ANALOQU OLMAYAN INKIWAFIMIZDI...HA HA HA.BRAVO

İqtisadçı 2019-02-12 16:15:00

Azərbaycan az ət yeyen ölkə ona görə olub ki,maaşlar,pensiya və müavinəətlərin aşağı olduğu,işsizliyin həddən artıq çox olduğuna əsasən insanlar normal qidalanmadan məhrumdurlar.Ərzaqların qiyməti dünyanın bir çox ölkələrindən baha olduğundan əhalinin əsas təbəqəsi normal olaraq qidalanmadan məhrum ediliblər.Ona görə xəstəlik və ölüm halları,ölkədən köçüb gedənlərin sayı getdikcə artır.

Oqtay 2019-02-12 16:15:00

Oldu yemədik

Son yazılar