Rusiya sərnişin reyslərini də təhlukə altına alır - Norveç  kəşfiyyatı

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Norveç kəşfiyyatı bəyan edib ki, Rusiya sərhədyanı ərazilərdə GPS naviqasiya sisteminin siqnallarını «boğur».

İdarənin başçısı Morten Haq Lunde qeyd edib ki, Rusiyanın hərəkətləri təkcə Norveçin və müttəfiqlərinin təlimlərinə mane olmur, həm də mülki reyslərə, polis və tibb xilməti reyslərinə təhlükə törədir.

2018-ci ilin oktyabr-noyabrında Finlandiya və İsveçin də iştirakı ilə NATO-nun miqyaslı hərbi təlimləri («Trident Juncture») keçirilib. Norveçin Müdafiə Nazirliyində (MN) bəyan ediblər ki, Rusiya təlimlər zamanı GPS sisteminin işinə müdaxilə edib və bu zaman siqnallar guya, Kolsk yarımadasından generasiya olunub.

Kreml bu ittihamı təkzib edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar