Makedoniya parlamentinin binası üzərində NATO bayrağı qaldırılıb

«AzPolitika.info» xarici KİV-ə istinadla xəbər verir ki, Makedoniyanın uzun müddət NATO-ya daxil olmasını gözləyən hakimiyyəti nəhayət hökumət binasının girişi üzərində alyansın bayrağını qaldırıb.

Baş nazir Zoran Zayev Skopyedə təntənəli mərasmimdə çıxış edib. Mərasimin gedişində hökumət binası üzərindən «Makedoniya respublikasının hökuməti» hərfləri götürülüb. NATO-ya daxil olmaq üçün ölkə öz adını «Şimali Makedoniya» adına dəyişib.

Baş nazirin sözlərinə görə, Makedoniya ikinci dərəcəli Balkan yolundan Avropanın baş magistralına qayıdır. Bu da tarixin yeni səhifəsi deməkdir.

O, Yunanıstanın və Makedoniyanın xarici işlər nazirləri Nikos Kotziasa və Nikole Dimitrova, NATO-nun və Avropa İttifaqının nümayəndələrinə təşəkkür edib.

Məlumat üçün bildirək ki, fevralın 6-da Şimali Makedoniyanın NATO-ya daxil olması barədə protokol bütün alyans üzvləri tərəfindən ratifikasiya olunub. Beləliklə, bu ölkə NATO-nun sayca 30-cu üzvü olub ki, bu da adının dəyişdirilməsi barədə Yunanıstanla bağlanmış müqavilənin sayəsində mümkün olub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar