«ABŞ Quaydonu 10 il bundan əvvəl «ələ alıb»» - Venesuela səfiri

«AzPolitika.info»-nun Rusiya KİV-ə istinadla verdiyi xəbərə görə, Venesuelanın bu ölkədəki səfiri Karlos Rafael Faira Tortosa bəyan edib ki, Amerika Birləşmiş Ştatları (ABŞ) Venesuela Milli Assambleyasının başçısı Xuan Quaydonu hələ 10 il bundan əvvəl «ələ alıb».

Tortosanın sözlərinə görə, Quaydonu Serbiyaya təhsil almağa göndəriblər. Səfir əmindir ki, «hər şey» məhz orada başlanıb. Onun sözlərinə görə, ABŞ-a «oyuncaq»lar lazımdır ki, üzərində rəhbərlik etsinlər.

Bundan əvvəl, Venesuela lideri Nikolas Maduro bəyan edib ki, ABŞ-da hakimiyyəti «Ku-kluks-klan» təşkilatından olan ekstremist banda ələ keçirib. Venesuela liderrinin fikrincə, ABŞ prezidenti Donald Tramp «ABŞ-da faşist, neofaşist tendensiyalara və ABŞ daxilində, Avropada və Latın Amerikasında neonasizmə kömək göstərib».

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar