Avropa MADE İN TURKEY brendinə keçir

Türkiyənin «Hürriyet» qəzetinin Moskva müxbiri Nerdun Hacıoğlu maraqlı bir xəbər verir:

Dünənə qədər türk şirkətləri istehsal etdikləri mallara, daha cəlbedici olsun deyə, Avropa etiketləri vururdusa, indi iş tərsinə dönüb. Rusiyanın tətbiq etdiyi embarqolar üzündən Avropalı şirkətlər istehsal etdikləri mallara MADE İN TURKEY damğası vurmağa başlayıblar”.

Xəbərə görə, belə hallar barədə “Rosselxoznadzor”un rəhbəri Sergey Dankvert danışıb. Rusiyalı məmur deyib ki, bir-iki gün əvvəl Belarus üzərindən guya Türkiyə məhsulları olduğu etiketi ilə alma, alça, pomidor və müxtəlif qida məhsullarını Rusiyaya keçirmək istəyiblər.

Dankvertin deməyindən belə çıxır ki, avropalı istehsalçılar öz məhsullarını Rusiyaya keçirmək üçün onların üzərinə MADE İN TURKEY etiketi vururlar.

Xatırladaq ki, Rusiya hökuməti Qərbin sanksiyalarına cavab olaraq, Avropa ölkələrindən kənd təsərrüfatı məhsullarının idxalına qadağa qoyub.  /azadlıq.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar