"Həmas" İsrailə raket atdı

Fələstin tərəfdən atılan üç raket boş sahəyə düşdüyündən insan tələfatı olmayıb

"Həmas" bu gün İsrailin Birşeva şəhərinə 3 raket zərbəsi endirib.

Bu barədə İsraildə yaşayan soydaşlarımızdan biri ANS PRESS-ə açıqlamasında bildirib.

Onun sözlərinə görə, xöşbəxtlikdən "Həmas"ın atdığı hər üç raket boş sahəyə düşdüyündən insan tələfatı olmayıb.

Qeyd edək ki, 5 günlük atəşkəs razılaşmasından sonra dünən İsraillə "Həmas" arasında yenidən 24 saatlıq atəşkəs razılaşması imzalanmışdı.

Atəşkəs razılaşmasının müddəti bu gün gecə saat 12-də bitməli idi.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar