"ELÇİBƏYLƏ ƏLİYEV RUSİYANIN PLANINI POZMUŞDU..." - Sensasion açıqlamalar

Ermənistanın keçmiş prezidenti Robert Köçəryan “Həyat və azadlıq” adlı kitab yazıb. Rus dilində yazılan kitabda Xocalı canisi Köçəryan Azərbaycan torpaqlarını necə ələ keçirdikləri barədə yazıb. Kitabın Kəlbəcərin və Ağdamın nə məqsədə işğal edildiyi barədə fraqmentini tanınmış publisist Vahid Qazi özünün facebbok səhifəsində şərhlə təqdim edib.

Köçəryan Ağdamı Kəlbəcərə görə tutduqlarını yazır: “Başqa yolumuz yox idi, çünki beynəlxalq birlik Kəlbəcərə görə bizə təzyiq edirdi. Kəlbəcər isə Laçından sonra Ermənistanla əlaqə saxlamaq üçün bizə hava-su kimi lazım idi. Neçə dəfə Rusiyadan, Ermənistandan zənglər gəldi ki, Kəlbəcəri qaytarın. Levon Ter-Petrosyan və Boris Yeltsin bizdən (Dağlıq Qarabağ separatçılarını nəzərdə tutur. R.Köçrəyan o zaman separatçıların lideri idi – red.) Kəlbəcərin qaytarılmasını tələb edirdilər. Bununla bağlı Gorusda görüşümüz oldu. Orada konkret razılığa gələ bilmədik. Sonra Ter-Petrosyan Stepanakertə gəldi, bizim parlamentin iclasında iştirak etdi və Kəlbəcəri təcili qaytarmağımızı tələb etdi. Biz ona dedik, bir şərtlə qaytara bilərik ki, oradakı silah-sursatı götürək və Kəlbəcərlə Mardakert arasında ciddi mühafizə xətti yaradaq. Bunun üçün bizə vaxt lazım idi. Ter-Petrosyan razı oldu. Bizi dalana dirəmişdilər.

Həmin dövrdə Mardakertə tam nəzarəti ələ keçirdikdən sonra qərara gəldim ki, mütləq Ağdamı tutmaq lazımdı, çünki oranı tutsaq, Kəlbəcər arxa plana keçəcəkdi. Bizə isə nə olursa-olsun, Kəlbəcəri saxlamaq lazım idi”.

Köçəryan sonra yazır ki, Ağdama hücum edəcəkləri haqda Ermənistan hökumətinin xəbəri yox idi: “Əməliyyat iyulun ortaları başladı. Ağdamın mərkəzinə girib orada yerləşən Azərbaycanın hərbi qərargahı ilə kəllə-kəlləyə gəlmək fikrimiz yox idi. Ona görə şəhəri boşaltmaq üçün manevr etdik. Əvvəl şəhəri cənubdan və şimaldan əhatə edib xəbər göndərdik ki, bu günlərdə hücuma hazırlaşırıq. Əhali panikaya düşüb şəhəri tərk etməyə başlamışdı. Şəhərin ətrafında xırda atışmalarımız olurdu və 23 iyul tarixində biz Ağdama daxil olduq. Telefonumuz susmurdu. Ermənistandan nə qədər adam zəng vurub bizdən nə baş verdiyini soruşurdu. Ermənistan parlamentinin sədri Babken Ararktsyan mənə zəng vurub əsəbi halda: “Qulaq as, bilmək istəyirəm, orada nə baş verir? Azərbaycan qəzetləri yazır ki, erməni separatçıları Ağdamı tutublar. Siz indi haradasınız?” – soruşdu.

“Yox, elə bir şey baş verməyib, sadəcə, burada bir-iki təpəni tutub, oturub şəhəri müşahidə edirik. Nəyə görəsə camaat Ağdamı tərk edir”, – dedim. “Sizin orada nə itiniz azıb? Beynəlxalq birlik gözləyir, biz nə vaxt Kəlbəcəri qaytaracağıq, siz isə Ağdama girmisiniz?”

Dedim: “Yox əşi, biz heç hara girməmişik, sadəcə, qarşı tərəfdən artilleriya atəşi oldu, biz də onu susdurmaq üçün bir az irəliləmişik, vəssalam”.

Babkenə yalan söyləyirdim, halbuki bu sözləri ona Ağdamın mərkəzindən deyirdim. Onunla dost idik. Aldatdığıma görə pis olmuşdum. Sonra o, Qukasyana zəng elədi. Qukasyan da yanımda idi. O, Qukasyandan soruşdu: “Qulaq as, səni normal adam bilib zəng edirəm. Mənə deyə bilərsənmi, orada nə baş verir? İndi haradasınız?”

Qukasyan da mən dediyimi dedi. Dedi ki, Ağdam ətrafındakı təpələrin birində oturub şəhəri müşahidə edir. Düz 2 gün Ermənistan hökumətinə yalan məlumatlar verdik. Şəhəri tam ələ keçirəndən sonra onlara həqiqəti dedik. Ermənistanda bircə Vazgen Sarqsyanın bundan xəbəri var idi (qeyd: həmin dövrdə V.Sarqsyan Ermənistan prezidentinin müşaviri olub). Azərbaycanda 4 iyunda hakimiyyətə üsyan oldu, ara qarışdı. Bir dəfə onda Kəlbəcərdən çıxmaq məsələsi müəyyən qədər arxa plana keçdi. Sonra isə 1993-cü ilin 29 iyulunda BMT-nin 853-cü qətnaməsi qəbul olundu və beynəlxalq diqqət Ağdama yönəldi, Kəlbəcər arxa plana keçdi. Ağdamdam sonra Füzulini, Cəbrayılı, Qubadlını, Zəngilanı, Horadizi ələ keçirdik. Hər dəfə tutduğumuz rayonlardan qalan silahlarla növbəti kəndlərə, rayonlara hücum edirdik”.

Əbülfəz Elçibəy hakimiyyəti dövründə milli təhlükəsizlik nazirinin birinci müavini işləmiş Sülhəddin Əkbər isə “Yeni Müsavat”a bildirib ki, 1993-cü ilin 4 iyun qiyamı olmasaydı, Kəlbəcərin azad olunması real idi: “BMT Təhlükəsizlik Şurasının qətnaməsinə Ermənistan əməl etmək məcburiyyətində qalmışdı. 4 iyun qiyamının Kəlbəcərin azad olunmasının qarşısını aldığını təkcə biz demirik, bunu hətta düşmən ölkənin o zamankı prezidenti Levon Ter-Petrosyan da etiraf etmişdi, Robert Köçəryan da müsahibələrində, yazılarında etiraf edib. Odur ki, 4 iyun qiyamında iştirak edənlərin, o qiyama siyasi dəstək verənlərin Azərbaycan dövləti və xalqına misli görünməmiş xəyanət etdiyi birmənalıdır. Onlar bağışlanmamalıdır və tarix onları bağışlamayacaq”.

S.Əkbərin sözlərinə görə, təbii ki, R.Köçəryan bütün həqiqətləri kitabında yazmayıb: “Gələcəkdə də çətin ki, hər hansı bir erməni lideri bütün həqiqətləri desin, yazsın. Həqiqətlərdən biri ondan ibarət idi ki, Kəlbəcərin işğalına Rusiyanın hərbi birləşmələri dəstək verirdi. Həmin dövrdə rus hərbi birləşmələrinin arasında gedən telefon danışıqları bizim tərəfimizdən yazılmışdı. BMT-nin Azərbaycandakı nümayəndəliyinə də bu barədə məlumat verilmişdi. Rusiyanın bu prosesə faktiki olaraq qarışmasını Azərbaycanda maraqlı olan xarici kəşfiyyat orqanları da bilirdi. Region ölkələri – Türkiyə və İran da bilirdi. Hətta ABŞ, Böyük Britaniya, İsrail kimi regionda xüsusi marağı olan dövlətlərin kəşfiyyatları da məlumatlı idi. Onlar artıq gördülər ki, Rusiya hərbi qüvvələrinin faktiki olaraq Azərbaycan torpaqlarının işğalına müdaxilə etməsi faktı ortadadır. Eyni zamanda bilirdilər ki, işğalın Dağlıq Qarabağın ətrafındakı rayonlara keçməsi faktı da var. Bu iki fakta görə ABŞ və Britaniya kimi BMT Təhlükəsizlik Şurasının daimi üzvləri məsələyə ciddi yanaşmağa başladılar. Rusiya hakimiyyətinə və Ermənistan hakimiyyətinə Kəlbəcərdən qoşunların çıxarılması üçün ciddi təzyiqlər edilirdi. BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsinə tez bir zamanda əməl edilməsi tələbi qoyulmuşdu.

Ona görə də Rusiya “dərin dövlət”i, Rusiya silahlı qüvvələrinin Baş Kəşfiyyat İdarəsi 4 iyun qiyamını təşkil etdilər, həm Kəlbəcərin azad olunmasının qarşısını aldılar, həm də digər rayonlarımız işğal edildi. 4 iyun qiyamından sonra Ağdamın və digər rayonların işğalında məqsəd təkcə Kəlbəcərdən diqqəti yayındırmaq deyildi. Əbülfəz Elçibəy-Heydər Əliyev cütlüyü Rusiyanın planını pozmuşdu. Rusiyanın 4 iyun qiyamı ilə Ayaz Mütəllibovu hakimiyyətə gətirmək planını Elçibəy və Heydər Əliyev pozmuşdu. Ona görə də Rusiya ermənilərin əli ilə işğalı genişləndirməklə Heydər Əliyevə təzyiq edirdi. Çünki plana görə, prezident postuna Ayaz Mütəllibov qaytarılmalı idi. 4 iyun qiyamı buna hesablanmışdı. Rusiya dərin dövləti 1992-ci ildə məxməri inqilab edən və Ayaz Mütəllibovu istefaya göndərən qüvvələri bağışlaya bilmirdi və intiqam alma istəyirdi. 4 iyun qiyamı revanş idi”.

R.Köçəryanın kitabında Ağdamın işğalı əməliyyatından, guya, Ermənistanın xəbərinin olmadığı və bu əməliyyatı yalnız Dağlıq Qarabağdakı ermənilərin hazırlayıb həyata keçirdiyi barədə iddialara gəlincə, S.Əkbər qeyd edib ki, biz hadisələri bütün detallarına, xırdalıqlarına qədər bilmirik və bəlkə də sonuna qədər bilməyəcəyik: “Amma bir həqiqət var ki, həmin dövrdə Dağlıq Qarabağdakı erməni separatçı qüvvələr Ermənistan hakimiyyətindən çox, Rusiya dərin dövlətinə, Rusiyadakı xüsusi hərbi kəşfiyyat dairələrinə daha çox bağlı idilər. Həmin dairələr bir tərəfdən erməni separatçılarla, bir tərəfdən isə Azərbaycandakı beşinci kolonla əlaqəli işləyirdi, əməliyyatlar qururdu. Ağdamın və digər rayonların işğalı və qiyam yolu ilə dövlət çevrilişi hazırlanması da bu əməliyyatlardan biri idi”.

635x100

Şərhlər

Вугар Керимову 2019-02-13 20:14:36

Demokratiyanın (vəzifə maraqlı) Cəbhə rəhbərləri (məsuliyyətə cəlb edilən birindən qeyri) hələ də Qarabag həllinə getmirlər? İsgəndəri çıxaran Ə.Elçibəy yeni Kamazlarla Kəlbecərin daşınmasına "demokratca" "ATƏT gəlib qaytaracaq!", dedi? Demokratiya lider biganəliyimi, yoxsa hər insanın, ailənin və cəmiyyətin qanuna uyğun fəaliyyəti? Bu gün belə Qarabağın müdafiəsinə aid müqəddəs və Konstitutsion vəzifələrin icrasına gedilmir!?

Kəvakib Mürsəli 2019-02-13 20:14:36

Cənab Təhlükəsizlik müavinin açıqlamasında məgz və məntiq bilinmədi. 20 YANVAR və Vertolyot vurulandan sonra Kremlə artıq Vəzirovla Mütəlibovun əvəzinə bu hadisələri qapadacaq lider lazımdı.

sual 2019-02-13 20:14:36

Yaxşi ki hamı hər şeyi coxyaxşı bilir. Hər şeydən də xəbərimiz var. Bəs qağa nəyi bilmirsiz və ya bilirsiz demirsiz ondan da yazın dana. Bu söylədikləriniz bu binava millət ücündusə onda Qarabağdan nə yapişilir ki ya? ........

zakir 2019-02-13 20:14:36

kocaryan naqil danisib

Veteran 2019-02-13 20:14:36

Kocaryan kitab yaza biler, ancaq Tarix yazmaq onluq deyil. Yazdiqlari hamisi yalandir!!! Ozunu "Rembo" hesab eden Kocaryan nece oldu ki birden-bire Agdami bu cur sade wekilde iwgal etdi. O, Agadama ozunun dediyi "xox" gelib camaati ordan waiyelerle cixarmayib . 1992-ci ilin may-iyun aylarindan Agdamin merkezini Wuwadan goturdukleri "Qrad" la mutemadi vurmaga bawlayandan sonra yerli ehali weherden cixmaga bawlayirdi. Ancaq bunun doyuwen silahlilarla hec bir elaqesi yox idi. Umumilikde Agdama hucum zamani Kelbecerden Xocalidan Lacindan Wuwadan Xocavendden elde edilen doyuw texnikasi ve muxtelif silahlardan ve tam wekilde 366 alayin canli quvvesi ve texnikasindan istifade edilmiwdi. Yeni Her wey Kocaryanin dediyi kimi sade wekilde baw vermeyib! Eger her wey onun dediyi kimi olsaydi 1992-ci ilde bir nece ayin icerisinde yuxarida adlari cekilen iwgal olunmuw rayonlardan sonra 1 il 2 ay Agdama qarwi doyuwmezdiler. Nezere alinmalidir ki Agdamdan sonra yerde qalan butun rayonlari ise ermeniler cemisi 3 ay erzinde iwgal etdi!!! Ve nehayet bir wey tam heqiqetdir ki, hakimiyet ugrunda mubarizede rayonlarin ermeniler terefinden iwgal oluunmasinda maraqli quvveler ve insanlar vardi, yeni bir-birlerini weristesizlikde ittiham etmek xatirine!

Səid 2019-02-13 20:14:36

SATQINLAR TORPAQLARIMIZI DÖYÜŞSÜZ VERDİLƏR. O PROSESİ DƏ YƏQİN Kİ ÇOX ADAM BİLİR. SATQINLAR KİMLIƏR İDİ, TORPAĞIN VERİLMƏ SƏBƏBLƏRİ NƏ İDİ, BÜTÜN BUNLARI ÇOXLARI BİLİR.

yusif 2019-02-13 20:14:36

ERMENİ ZABİTİN EHTİRAFI: "AĞDERE DÖYÜŞLERİNİN BİRİNDE İKİ TÜRK BALASININ PATRON QURTARDIQDAN SONRA AVTOMATIN QUNDAĞI VE AYAQLA HEREKETDE OLAN TANKIN ÜSTÜNÜ ÇIXARAQ TANKI NECE TAPDALADIĞININ ŞAHİDİ OLMUŞAM." GENERAL DEDİKİ; "АБРАМ СКАЗАЛ ЧТО ЕСЛИ У НЕГО ЬЫЛО БЫ СТО СОЛДАТОВ ТАКИХ ТУРКОВ Я ВЕС МИР ПЕРЕВЕРНУЛ ВЕРХ НОГАМИ" Я ЕМУ СКАЗАЛ ИДИТИ МОЛИТИСЬ БОГО ЧТО МЫ РЯДОМ С ВАМИ А ТО АНИ (ТУРКИ) ОТАДРАЛИ ВАМ ЖОПУ КАК СИДИРОВАЯ КОЗА Generalla söhbetde bu iki meqam heç vaxt yadımdan çıxmayacaq.

Cavan 2019-02-13 20:14:36

Yusif sənə verdiyin çox qiymətli məlumata görə təşəkkürümü bildirirəm. Əbülfəz Əliyevə gədikdə isə o həqiqətən Azərbaycanı dediyi kimi sevirdisə DTK-nın arxivlərinin açılmasına icazə verərdi.O isə cürbə-cür bəhanələr gətirərək bundan imtina etdi,Azərbaycanın torpaqlarının itirilməsinə bais oldu.Necə dövlət idarə etdi bu da hamıya bəllidir.Məni öldürəcəklər deyərək qaçıb getdi.

yusif 2019-02-13 20:14:36

Doğrudanda dehşete geldim. KİM APREL AYINDA DEYE BİLERDİ Kİ BUGÜNKÜ HAKİMİYYET GEDECEK .4 İYUN QİYAMI SURÜTİN BAŞCILIĞI İLƏ BAŞLAYACAQ AXI O ZAMAN SURET QARABAĞDA ƏN MÖHGƏM FİQURLARDAN BİRİ İDİ. ÖZÜDƏ SURETİN ŞERBAKLA ÇOX İSTİ MÜNASİBETLERİ VARDİ GENERAL DAHA BİR MENİM ÜÇÜN YADDA QALAN EPİZOD DANIŞDI SÖYLEDİ Kİ "MEN DÜNEN MOSKVADA ARBATDA RESTORANDA ABRAM GİLNEN OTURMUŞDUM . ABRAM VAXTİ İLE AĞDERE DOYÜŞLERİNDƏ İŞTİRAK ETMİŞ ERMENİ SOVET ZABİTİDİR O DRIMBON SERSENG AĞDERE DÖYÜŞLƏRİNİN İŞTİRAŞÇISIDIR

yusif 2019-02-13 20:14:36

Teyyaremiz avtomatik uçuş qurğusunun köməyi ilə idare olduğundan ve üfüqi uçuş rejimi yerine yetirildiyinden generalla söhbet etmeyin meqamı çatmışdı.Yadımda qalan ve beynimdə dərin iz buraxan hemin söhbbetden iki meqamı sizinle bölüşvək isteeyirem Ve bu ifadeler generalın ağzından çıxdığına görə rus dilinde olduğu kimi söylemek isteyirem O çox piyan olduğundan İfadelər çox qırıq qıqıq alınırdı "Я ЛЕЧУ К ШЕРВАКУ ОН МОЙ ДРУГ И ОДНОКЛАСНИК Я ЕГО ОЧЕНЬ УВАЖАЮ. СЕГОДНИШНЫЙ РУКОВОДСТВА В АДЕРБАЙДЖАНА УЙДЕТ К

yusif 2019-02-13 20:14:36

Generalla MİRİ eyni vaxtda pilot kabinesine daxil oldu. MİRİ əlində sini titmuşdu. Sinidə üç plastik şəffaf stəkanda çay bir plastik stəkanda ağzına limon dilimi taxılmış araq vardı. Miri çayin birini kapitana birini ikinci pilota və birini mənə verdi.Sonra üzünü generala çevirib xüsusi vurğu ilə " а ето ВАМ тов генерал"- dedi. general cavab verdi "c чем вы хотити меня напаиват" Miri cavabında "это ГАНДЖИНСКАЯ водка" General xüsusi zovqle arağı başına çekdi ve limonu iyledi. BU hal iki dəfə təkrar oldu

ekspert 2019-02-13 20:14:36

Bəli 4 iyun qiyamının ssenaristi,istiqamətvericisi,səbəbkarı istədiyini elədi.Və qalib gəldi.Bu qiyam 88-ci ildən başlayıb 93-cü ildə bitirildi.İndi kefnən qız alıb-qız verirlər,rusa,erməniyə.Mill sözü bizə yaraşmır.Səbəbkar bu sözü də bizdən aldı.Elcibəy sadəcə fiqur idi.Mən demkonqresin 1-2 iclasında iştirak edib,onu gördüm.Görün kimin ümidinə xalqı verdik.Yazıqlar olsun

yusif 2019-02-13 20:14:36

Yalandan "тов генерaл капитан вас в пилотскую кабину приглашает".o çavab verdi "а что там увас есть" men zarafat yana dedim "Тов генерал если зайдете к нам то обезательно увидити" General söz verdi ki indi gelerem. Men yerime qayıdıb bortbeledçinin çağırış düymesini tecili basdim. Bizimle uçan BİNELİ balası beledçimiz MİRİNİ yanıma çağırıb azerbaycan dilinde veziyyeti ona başa saldım MİRİ məni çox yaxşı başa düşdü.Sen demə MİRİ generalı gözləyirmiş ve hazır veziyyetde durubmuş (MİRİYE teşekkür edirem) ardı

yusif 2019-02-13 20:14:36

Teyyaremiz 23 deqiqeden sonra 10100 m hündürlüye qalxıb ulu ve qedim GENCEMİZE doğru istiqamet götürdü.Meni teyyaremizə minən axırıcı sernişinin kimliyi və nə üçün GƏNCƏYƏ getdiyi çox maraqlandırırdı. Adətən bu cür karoqoriyaya aid sernişinler teyyareyə qabaqcadan ve deputat zalından (indi VİP ZALI DEYİLİR) gətirilirlər.Men tez-tez tualet adı ilə dəhlizə çıxır və xüsusi sernişinimizlə ünsüyyet qurmaq isteyirdim. Növbəti dəfə dəhlizə çıxanda generalı ayaq üstə gordüm və vaxt itirmədən müraciyyet etdim ardı

yusif 2019-02-13 20:14:36

Zabit görünür yaxşı vurduğundan ayaq üstə güclə dayanırdı qalustuku yox idi Köyheyinin qabağı açıq olduğundan altdan desant qoşunlarına aid göynek geyindiyi görunürdü.Şalvarının yanları enli qırmızı lent ilə bəzədilmişdi. Bizim dayanacaqda dayanmağımız ve yeni sernişinlerin minmesi cemi 5-6 deqiqə çəkdi Tezeden qapılar bağlandı ve bize xüsusi yer üstü maşının müşayeti ile uçuş zolağına doğru herekete icaze verildi Biz uçuş zolağına çıxıb rolink start (tecili qalxma) rejimini yerine yetirdik ardı var

yusif 2019-02-13 20:14:36

Zabitler pilot kabinesine daxil olub kapitana Sizinle üç nəfərdə getməlidir yoldaş kapitan bu xüsüsi tapşırıqdır yerinə yetirmək lazımdır söylədilər və sernişin salonun en qabaq iki sırasında eyleşmiş serni-şinləri mecburi yerlerinden qaldırıb arxa salona keçmelerini tekid etdiler Yerlər boşalandan sonra aşağı düşub çamadanlarını götürərək daha bir neferle geri qayitdılar.Sonradan bizə söylədilər ki bu yoldaş generaldir ve dostu ŞERBAKİN yanına gedir.Üçüncü zabitde xüsusi geyimde idi. ARDI VAR

yusif 2019-02-13 20:14:36

1993 il 16 aprel tarixinde Domodedovadan Gəncəyə TU 154 Teyyaresi ilə reys yerinə yetirirdik Sernişinlər oturdu qapilar bağlandı mororlari içə salıb içazə ilə uçuş zolağına yaxınlaşanda bizə yeniden dayanacağa qayıtmaq və mororları söndürməmək tapşırığı veriıdi Dayanacaqda bizi 3 ədəd qara volqa gözləyirdi Hava Gəminisini kapitan ŞKROBOV ikinci pilot POLUMORDİVİNOV və mən bortmühəndis YUSİF idarə edirdik Təyyarəyə minik üçün trap verildi və iki nəfər xüsusi geyimdə ( gimnasterka) zabit qalxdı ardı var

lerikden Mehemmedhesen emi 2019-02-13 20:14:36

demek iki eliyevler gore getdi bu qeder torpaq ve qirildi bu qeder insanlar ve ustegel yerde qalan 80 faiz torpaq 100 faiz ehali ile birge duwdu heleki 27 illik mesafe quyuya? bax budur fakt...

Azərbaycan vətəndaşı 2019-02-13 20:14:36

1-si Sülhəddin Əkbərov Mütəllibov haqqında yazdıqların yalandır.2-si 4 iyun qiyamını o zaman ki,hakimiyyət Sürət Hüseynovu neytrallaşdırmaq və Əbulfəz Əliyevin gizli planını həyata keçirmək üçün hazırlamışdı.Ancaq nətiçəsinin belə sonluqla qutaraçağını gözləmirdilər.Əgər imkan versəydiniz Mütəllibov işləsin indi Qarabağ və digər işğal olunmuş ərazilər bizdə idi Sülhəddin.Birdə ki,Sənin yazdıqların həqiqətə söykənmir.Xalq hər şeyi yaxşı bilir.4 iyun qiyamının törədilmə səbəbi və nətiçəsi xalqa bəllidir.

AYRİM 2019-02-13 20:14:36

KÖCƏRYANIN SÖYLƏDİKLƏRİNDƏ ƏSL HQİQƏT ODUR Kİ QOYUB QCDİLAN ƏRAZİLƏRDƏKİ SİLAH-SURSATLA ƏRAZİLƏRİMİZİ İŞĞAL ETDİLƏR...

Вугар керимов 2019-02-13 20:14:36

Из за бестолкового правления народофронтистов земли были утеряны. Не имели вы никакой силы для освобождения земель. Все были сами по себе. Эти районы были фактически отданы врагу. Люди не верили вам и покидали свои земли и удирали. В кельбаджаре было также. Войска просто отступили, оставив людей на произвол А некоторые кельбаджарцы лично мне говорили, что они курды и их не тронут армяне. Лично вам я говорил, что демократия это наихудшая форма правления для нашего народа. Я это знал, хотя мне было 22 года.

yusif 2019-02-13 20:14:36

ЧЕРТУ К Е--МАТЕРИ К ВЛАСТИ ПРИДЕТ СВОЙ ЧЕЛОВЕК. И КАРАВАХСКИЙ ВОПРОС РЕШИТЬСЯ ОДНАЗНАЧНО.Я СПРОСИЛЬ В КАКУЮ СТОРОНЫ РЕШИТСЯ ВОПРОС ОН ОТВЕТИЛ В ПОЛОЖИТЕЛЬНУЮ СТОРОНЫ.ВСЕ ВОРОСЫ РЕШЕНЫ И ПОСТАВЛЕНО ТОЧКА. СЕЙЧАС МЕНЯ ВСТЕРИТ САМ ШЕРВАК КОЙ КАКИЕ ВОПРОСЫ бУДЕМ РЕШАТЬ В СООБША" hEQİQETEN DE BELƏ OLDU. Bütün sernişinler teyyareden deşməmiş qabaq qapıya trap verildi Şerbak teyyareye qalxıb o generalı teyyarede qarşıladı ve düşürdü və şəxsı qaz 69 maşın mindirib aeroportdan gedenden sonra sernişinleri düşürdülər

muzaffar1949 2019-02-13 20:14:36

Deməli Mütəllibov hakimiyyətə gəlməsin deyə torpaqları işğal etdirmək lazım idi eləmi! Mən mütəllibovçu deyiləm, amma iki əliyevlər birləşib torpaqları hakimiyyət naminə qurban veriblər. Mütəllibov hakimiyyətə gəlsəydi nə olacaqdkı! indikindən pis??? İndiki rejimin də Rusiya ilə münasibətlərinə baxın. Bunların vəzifə hərisliyi ücbatından xalq kütləvi şəkildə dilindən imtina edərək beşinci kolona çevrilib, bilə-bilə ki torpaqları Rusiya və Ermənistan ışğal edib. Ruslar bu xalqla hesablaşarlarmı heç! Əsla!

Həsənqulu 2019-02-13 20:14:36

Dərin Hormətli nazir müavini çox gozəl yazıbsınız! Amma, əhali də şahiddit, paytaxt Bakıda 1993cü ilin iyununda heç bir (dovləti) qiyam müşahidə olunmayıb! Sadəcə, 3-4 iyun səhəri hamı qara bantlı MəmmədƏmin-Heydər bayraqlarının kimlər tərəfindənsə asıldıgını gormüşdü? Bəs, sizin Baş Vətən müdafiəçisi sayılan Nazirlik və lider cütlüyü keçən 25 ildə öz-Azərbaycan terrorçularını(Koçəryan, Sərkisyan və d.) Qarabag genosidinə-cinayətinə gorə mühakimə edib və ya İnterpolun axtarışına veriblərmi?

Sonqulu 2019-02-13 20:14:36

Azərbaycanda özümüzə faydalı təklifi belə dinləyib, anlayıb icra əvəzinə atmaca buraxıb, hər işi lüt qoyuruq? İcraata götürülməli ilk şərhdə cütlük deyil, cütlüklər dogru görünür. R.Koçəryan kitabında yazılıca Agdamın hərbi-qanlı işgalını etiraf edib! Hüquq mühafizə liderlərimiz onu cinayətə cəlb etmək əvəzinə Gəncədə belə yeni təyinatını müşayiət edən Mərkəzə "üstün" gəldiklərini açıqlayırlar? Bunlar ötmüş və yubanmadan "Nə etməli?" problemi daha da gərginləşir!?

Вугар керимов 2019-02-13 20:14:36

Какая нам разница кто президентом хотел быть. Почему земли сдали?

Son yazılar