Türkiyə vətəndaşı Balakəndə yol qəzası törədib - Ölən və yaralanan var

Balakən rayonunda yol qəzasında ölən və yaralanan şəxslərin adları məlum olub.

“Report”un Şəki-Zaqatala bürosunun məlumatına görə, Türkiyə vətəndaşı, 1968-ci il təvəllüdlü Başar Saminin idarə etdiyi TIR ilə Balakən rayonunun Puştətala kənd sakini, 1986-cı il təvəllüdlü Samir Nurəddin oğlu Alqayevin idarə etdiyi “Toyota RAV4” markalı minik avtomobili toqquşub. Nəticədə S.Alqayev hadisə yerində ölüb. B.Saminə isə Balakən Rayon Mərkəzi Xəstəxanasında lazımi tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar