Roma Papası Maduronun məktubuna cavab verib - Amma onu prezident adlandırmayıb

«AzPolitika.info» xarici KİV-ə istinadla xəbər verir ki, Roma Papası Venesuela prezidenti Nikolas Maduronun məktubuna cavab verib. Maduro məktubda Vatikandan kömək istəmişdi.

«Corriere della Sera» qəzetinin məlumatına görə, Fransisk öz cavabında etiraf edib ki, hələlik Venesueladakı böhranı həll etmək mümkün olmayıb. Pontifik özü tərəflər arasında dialoqun tərəfdarıdır və hesab edir ki, bu zaman tərəflər «ümumi rifahı öz maraqlarından üsütün tutmalı, sülhə və həmrəyliyə can atmalıdırlar».

Nəşr onu da qeyd edir ki, Roma Papası Venesuela prezidentinə «cənub Maduro» deyə, müraciət edib və onu prezident adlandırmayıb.

Bazar ertəsi Venesuelanın nümayəndə heyəti Vatikan nümayəndələri ilə görüş keçirib. Danışıqların iştirakçıları «mümkün qədər tez bir zamanda böhrandan sülh yolu ilə çıxmaq» və insan haqlarının pozulması hallarından qaçmaq qərarına gəliblər.

635x100

Şərhlər

Filosof 2019-02-14 00:14:46

Melum meseledir ki, Papa vicdaninin ve Allahinin sesi ile yox, dunyaya "demokratiya" dersi kecen fahiwelerin tapwirigi ile bu cavabi verib qanuni dovlet bawcisina!

Son yazılar