Azərbaycanda göl satılır - Foto

"Kupça"sı olmayan bu ərazinin 300 min AZN-ə satıldığı haqda elan verilib

ANS-in məlumatına görə, Azərbaycan rayonlarının birində 3400 sot ərazisi olan sahənin satışı diqqəti cəlb edib. Əslində bu sahə 99 illiyə müqavilə yolu ilə icarəyə verilir.

Ancaq hər kəs çox gözəl anlayır ki, 99 illiyə icarəyə verilən bir yer elə satılmaq kimi başa düşülməlidir. Belə baxanda burda təəccüblü elə bir şey yoxdur. Təəccüblü olan odur ki, o ərazidə 31 hektar ərazini özündə cəmləşdirən bir göl də var. Elanda yazılır ki, bu göldə alıcı balıq yetişdirə bilər.

Azərbaycanda isə su hövzəsinin dövlət mülkiyyəti olduğunu nəzərə alsaq, onun satılması ciddi qanun pozuntusudur və bu işin günahkarları qanun qarşısında cavab verməlidirlər. Düzdür, Azərbaycandan fərqli olaraq bir çox ölkələrdə nəinki göl, hətta adalar da satılır.

Elanda həmçinin həmin ərazidə 3 hektar əkin sahəsinin olduğu da diqqətə çatdırılır.

Qeyd edək ki, "kupça"sı olmayan bu ərazi 300 min AZN-ə satılır. Ərazinin işıq və su ilə təminatına da söz verilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar